Rusiya Böyük Səkkizlərdən qovuldu

Ağ Ev bildirir ki, Prezident Barak Obama və başqa dünya liderləri Rusiyanın dünyanın aparıcı sənaye qüdrətləri qrupundakı roluna son vermək qərarına gəliblər.

Rusiyanın G8 kimi tanınan Böyük Səkkizlərdən çıxarılması Rusiyanın Krımı ilhaq etməsinə son birbaşa reaksiyadır.

“Beynəlxalq qanun bir dövlətin torpaqlarının başqa dövlət tərəfindən zor gücünə mənimsənilməsini qadağan edir,” ABŞ, Avropa dövlətləri və Yaponiyanın yaydıqları birgə bəyanatda deyilir. “Bunu etmək beynəlxalq sistemin üzərində qurulduğu prinsipləri tapdayır. Biz Ukrayna konstitutsiyasına zidd olaraq Krımda referendum keçirilməsini pisləyirik.”

“Habelə biz beynəlxalq hüquqa və spesifik beynəlxalq öhdəliklərə zidd olaraq Rusiyanın Krımı ilhaq etmək cəhdini qətiyyətlə pisləyirik.”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov günün əvvəlində verdiyi bəyanatda Səkkizlər Qurpundan çıxmağın elə də böyük problem olmadığını bildirmişdi. Onun sözlərinə görə G8 onsuz da “üzvlük kartı” verməyən qeyri-formal bir təşkilatdır.

1998-ci ildə Rusiyanın demokratik islahatlar yoluna qədəm qoymasına dəstək əlaməti olaraq ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya, Yaponiya və İtaliya G7 qrupunu G8-ə çevirmişdilər.