Sevil Əliyeva telefonların üzərində atasının imzasının olmasından hiddətlənib. Londonda Azərbaycan oliqarxları üçün Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu iPhone 5S telefonları buraxılıb
Londonda «Golden & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində ümummilli lider Heydər Əliyevin imzası olan qızıl korpuslu «iPhone 5S gold limited» telefonlarının istehsal olunması ilə bağlı ötən gün KİV-lərdə yayılmış məlumatlara Heydər Əliyevin qızı Sevil Əliyeva münasibət bildirib.
Spacenews.az-ın məlumatına görə S.Əliyeva bu hadisədən nəinki sevinmədiyini, əksinə hiddətləndiyini bildirib: “İnternet saytlarında yayılmış məlumatlara görə, Londonda «Golden & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün atam, ümummilli lider Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu iPhone 5S telefonları buraxılıb. Bu hadisə məni, nəinki sevindirmədi, hətta hiddətləndirdi. Azərbaycan üçün ən mühüm, ən taleyyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşəgəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram”, deyə o qeyd edib.