15 vaqon aşıb

Qəza

Yük qatarının vaqonları relsdən çıxıb
Yanvarın 29-da Azərbaycan dəmir yolunun Muğan-Qarasu distansiyasında yük qatarı qəzaya uğrayıb. 53 vaqondan ibarət qatar Hacıqabuldan Gəncəyə gedirmiş. 15 vaqon, o cümlədən 6 taxıl vaqonu relsdən çıxıb.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə n komissiyası göndərilib.