Türkiyə silahlı qüvvələrinin bəyanatında yüzlərlə yüksək rütbəli zabitlərin hökuməti devirmək cəhdində ittiham edilməsinə dair yenidən istintaq aparılmasına çağırılır.
2002-ci ildə hakim partiyanın vəzifə başına keçməsindən bəri Türkiyədə yüzlərlə insan çevrilişə cəhd ittihamı ilə həbs edilib. Onlar arasında sabiq ordu komandanı və komandirlər var.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın siyasi müşavirinin həmin zabitlərin polis və
ədliyyə nazirliyindən bəzi qruplar tərəfindən dəstəkləndiyini deməsindən sonra məsələnin legitimliyi sual doğurdu. Hökumət indi korrupsiya ilə bağlı qalmaqalın da həmin qruplar tərəfindən yaradıldığını deyir.
Baş nazir Ərdoğan istintaqın yenidən aparılmasına açıq olduğunu deyib."Biz yeni prosesin başladılmasının tərəfdarıyıq. Yeni proses üçün iİlk öncə qanunu əsas yaradılmalıdır."
İstanbul Siyasət Qrupundan siyasi təhlilçi Cingiz Aktarın fikrincə, yeni proses dönüş nöqtəsi ola bilər."Onlar seçilmiş hökuməti devirmək istəmiş və indi həmin hökumət onları bağışlamaq istəyir. Nəyə görə? Çünki belə bir təsəvvür yaranır ki, həmin generallar parallel dövlətçilikdə ittiham edilirdi. Məsələ şəffalıq və ədalətdə deyil. Məsələ bu parallel dövləti məhv etməkdədir."
Hökumət ABŞ-da yaşayan islamçı ruhani Fətulla Güləni korripsiya qalmaqalında ittiham edir. Gülün isə bu ittihamları rədd edir. Bəzi təhlilçilər bildiri ki, Gülənə sadiq prokurorlar itthamlarla üzləşənlərin ön sıralarında yer alır.
Təqaüddə olan briqada generalı Haldun Solmaztürk deyir ki, hökumətin mövqeyini dəyişməsi onun ordu ilə münasibətlərini düzəldə bilər. "Biz bu prosesin qeyri-qanuni olduğunu və yalnız siyasi mottivlərə əsaslandığını bilirik. Bu, bir təsisat kimi silahlı qüvvələrə hücum idi. Görünür hamısı olmasa da zəbitlərin çoxu vəziyyətlə razılaşmırdı. Ən yüksək zümrə isə bir iş görülməsi üçün ciddi təzyiqlər altında idi."
Türkiyə ordusu 1960-ci illərdən illərdən 3 dəfə hökumətin dəyişməsinə yardım edib. Lakin Ərdoğanın hakimiyyəti altında ordunun qüdrəti zəifləyib.
Bir çoxları ordunun nüfuzunun azalmasını Ərdoğan hökumətinin nailiyyəti kimi qiymətləndirilir. Lakin təhliçilərin fikrincə, yerli seçkilərdə uğur Ərdoğanın məhkum olunmuş generalların məhkəməsini tərəfdarları qarşısında necə əsaslandıracağından asılı olacaq.
2002-ci ildə hakim partiyanın vəzifə başına keçməsindən bəri Türkiyədə yüzlərlə insan çevrilişə cəhd ittihamı ilə həbs edilib. Onlar arasında sabiq ordu komandanı və komandirlər var.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın siyasi müşavirinin həmin zabitlərin polis və
Baş nazir Ərdoğan istintaqın yenidən aparılmasına açıq olduğunu deyib."Biz yeni prosesin başladılmasının tərəfdarıyıq. Yeni proses üçün iİlk öncə qanunu əsas yaradılmalıdır."
İstanbul Siyasət Qrupundan siyasi təhlilçi Cingiz Aktarın fikrincə, yeni proses dönüş nöqtəsi ola bilər."Onlar seçilmiş hökuməti devirmək istəmiş və indi həmin hökumət onları bağışlamaq istəyir. Nəyə görə? Çünki belə bir təsəvvür yaranır ki, həmin generallar parallel dövlətçilikdə ittiham edilirdi. Məsələ şəffalıq və ədalətdə deyil. Məsələ bu parallel dövləti məhv etməkdədir."
Biz bu prosesin qeyri-qanuni olduğunu və yalnız siyasi mottivlərə əsaslandığını bilirik. Bu, bir təsisat kimi silahlı qüvvələrə hücum idi.