“İran dövləti öz media orqanları və mollaların vasitəsilə yalan bilgilər yayaraq şiə toplumunu Ələvi Əhli-haqlara qarşı təhrik edir və ələviləri təkləməyə çalışır,” deyə Türkiyədə təhsil əhli-haqq cəmiyyətinə mənsub Azərbaycan türkü Qurban Əzimi Amerikanın Səsinə müsahibədə söyləyir. Cənab Əzimi İran Azərbaycanı və İranın digər bölgələrsində yaşayan ələvi türklərin ictimai yaşayışları, habelə hökümət və toplum tərəfindən məruz qaldıqları təzyiq və ayrıseçkilik halları haqda danışıb.
İnsan haqları qurumları şiə olmayan qeyri-fars qrupların ikiqat ayrıseçkiliyə məruz qaldığını qeyd edirlər. Şiə olmayan türklərin İranda ana dillərində təhsil almaq kimi mədəni haqlardan məhrum olmalarından əlavə məzhəbi baxımdan da zülm və basqıya məruz qaldıqları bildirilir.
İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiə məzhəblidir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən ələvilər və sünnilərin də sayı az deyil. Güneydə ən çox əhaliyə sahib olan təriqət azlığı ələvilərdir. Qurban Əziminin sözlərinə görə, əhli-haqlar elə umumiyyətlə İranda da ən böyük dini azlıq toplumunu təşkil edir.
Ələvi türklər Şərqi və Qərbi Azərbaycan, Zəncan, Qəzvin və Həmədan kimi Azərbaycan vilayətlərindən əlavə, Tehran, Xorasan və Kürdüstan vilayətlərində də yaşayırlar. Şərqi Azərbaycan vilayətində İlxıçı şəhərinin əksəriyəti əhli-haqq ələvilərdən təşkil olunub.
Ələvi türklər güneydə həmçinin “Qızılbaş əhli-haqq”, “Goran” və “Əliallahı” adı ilə tanınırlar. Qurban Əzimi bu cəmiyyətin inancları və ibadət ayinləri ilə bağlı Amerikanın Səsinə məlumat verib: “Əhli-haqq Ələvilik ya Qızılbaşlıq irfani və batini bir inancdır. Qızılbaş Əhli-haqqların özlərinə məxsus ibadət və ayinləri vardır və ibadət məkanları cəmxana ya cəmevi adlanır. Onların inanclarında Tənasüx (Reinkarnasiya) ya Don-ba-don olma və həyata xoşgörüşlü baxış kimi məsələlər xüsusi önəm daşıyır. Cəmxana ayınləri sırasında adətən türk dilində kəlamlar oxunur.”
O, İranda yaşayan ələvilərin həm qanun həm də əməldə basqı və ayrı-seçkiliyə məruz qalmalarını şərh edib.
“İran İslam Respublikasının Konstitusiyasında İslam dini və Şiə məzhəbi rəsmi din və məzhəb olaraq müəyyənləşib. Konstitusiyada bəzi dini azlıqları o cümlədən sünnilər və xristiyanların hüquqlarının qorunmasından bəhs edilsə də, əməldə bu qruplar ayrıseçkiliyə məruz qalır. Ancaq həmin Konstitusiyada ələvilərin adı belə yoxdur. Qanun ələviləri tanımır”
Onun sözlərinə görə, Ələvilər bütün sahələrdə ayrı-seçkilik və təzyiqə məruz qalmaqla yanaşı öz ibadət və ayinlərini yerinə gətirəmək azadlığından da məhrumdurlar:
“Dövlət əhli-haqq ələvilərə qarşı bütün imkanlarını səfərbər etmiş. Rəsmi mətbuat o cümlədən, TV, qəzet və kitablar, habelə mollalar vasitəsilə şiə toplumunu ələvilərə qarşı təhrik edirlər. Ələviləri cəmiyyətdə sıxışdırıb təkləməyə çalışırlar. Onlar məktəb, əsgərlik dönəmi və məhkəmələrdə haqsızlıq və zülmə məruz qalırlar.”
Qurban Əzimi həmçinin güneydəki milli hərəkat və ona mənsub olan media və veb səhifələrin əhli-haqq ələvilərə dair münasibətini dəyərləndirib.
Onun fikrincə, Azərbaycan veb səhifələri müəyyən dərəcədə ələvilərin problemləri ilə bağlı məlumat yayırlar, ancaq bu yetərli deyil.
“Hərəkatın mediası güneydə yaşayan dini və məzhəbi azlıqlarla bağlı cəmiyyətə doğru-düzgün bilgiləri çatdırmalıdır. Milli hərəkat gələcəkdə demokratik və özgür bir Azərbaycan istəyirsə, indidən bir-birimizin yanında yaşamağı öyrənməliyik.”
Əzimi dövlət tərəfindən cəmxanalara qarşı tətbiq edilən haqsızlıqlar, habelə ələvilərin məhkəmələrdə məruz qaldığı ayrı-seçkiliklərlə bağlı bəzi hadisələrə işarə edib. O, həmçinin 2004 ilində Qərbi Azərbaycan vilayətində Qoşaçay şəhrinin Üçtəpə kəndində İranın hərbi qüvvələri tərəfindən öldürülən və həbs edilən Ələvilər, 2009 ilində edam edilmiş Mehdi Qasimzadə, hazırda 18 illik həbs müddətlərini sürgündə keçirən Səhənd Əli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadüllah Qasimzadə, Urmiyə zindanında saxlanılan edama məhkum olmuş Üçtəpəli əhli-haqq Yunus Ağayan, eləcə də 2013 ilində cəmiyyətlərinin məruz qaldığı təzyiqlərə etirazlarını nümayiş etdirmək üçün özlərini yandıran ələvi gənclər Məhəmməd Qəmbəri, Həsən Rəzəvi və Nikmərd Tahiri haqqında danışıb.
Your browser doesn’t support HTML5
İnsan haqları qurumları şiə olmayan qeyri-fars qrupların ikiqat ayrıseçkiliyə məruz qaldığını qeyd edirlər. Şiə olmayan türklərin İranda ana dillərində təhsil almaq kimi mədəni haqlardan məhrum olmalarından əlavə məzhəbi baxımdan da zülm və basqıya məruz qaldıqları bildirilir.
İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiə məzhəblidir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən ələvilər və sünnilərin də sayı az deyil. Güneydə ən çox əhaliyə sahib olan təriqət azlığı ələvilərdir. Qurban Əziminin sözlərinə görə, əhli-haqlar elə umumiyyətlə İranda da ən böyük dini azlıq toplumunu təşkil edir.
Ələvi türklər Şərqi və Qərbi Azərbaycan, Zəncan, Qəzvin və Həmədan kimi Azərbaycan vilayətlərindən əlavə, Tehran, Xorasan və Kürdüstan vilayətlərində də yaşayırlar.
Ələvi türklər güneydə həmçinin “Qızılbaş əhli-haqq”, “Goran” və “Əliallahı” adı ilə tanınırlar. Qurban Əzimi bu cəmiyyətin inancları və ibadət ayinləri ilə bağlı Amerikanın Səsinə məlumat verib: “Əhli-haqq Ələvilik ya Qızılbaşlıq irfani və batini bir inancdır. Qızılbaş Əhli-haqqların özlərinə məxsus ibadət və ayinləri vardır və ibadət məkanları cəmxana ya cəmevi adlanır. Onların inanclarında Tənasüx (Reinkarnasiya) ya Don-ba-don olma və həyata xoşgörüşlü baxış kimi məsələlər xüsusi önəm daşıyır. Cəmxana ayınləri sırasında adətən türk dilində kəlamlar oxunur.”
O, İranda yaşayan ələvilərin həm qanun həm də əməldə basqı və ayrı-seçkiliyə məruz qalmalarını şərh edib.
“İran İslam Respublikasının Konstitusiyasında İslam dini və Şiə məzhəbi rəsmi din və məzhəb olaraq müəyyənləşib. Konstitusiyada bəzi dini azlıqları o cümlədən sünnilər və xristiyanların hüquqlarının qorunmasından bəhs edilsə də, əməldə bu qruplar ayrıseçkiliyə məruz qalır. Ancaq həmin Konstitusiyada ələvilərin adı belə yoxdur. Qanun ələviləri tanımır”
Onun sözlərinə görə, Ələvilər bütün sahələrdə ayrı-seçkilik və təzyiqə məruz qalmaqla yanaşı öz ibadət və ayinlərini yerinə gətirəmək azadlığından da məhrumdurlar:
Qurban Əzimi həmçinin güneydəki milli hərəkat və ona mənsub olan media və veb səhifələrin əhli-haqq ələvilərə dair münasibətini dəyərləndirib.
Onun fikrincə, Azərbaycan veb səhifələri müəyyən dərəcədə ələvilərin problemləri ilə bağlı məlumat yayırlar, ancaq bu yetərli deyil.
“Hərəkatın mediası güneydə yaşayan dini və məzhəbi azlıqlarla bağlı cəmiyyətə doğru-düzgün bilgiləri çatdırmalıdır. Milli hərəkat gələcəkdə demokratik və özgür bir Azərbaycan istəyirsə, indidən bir-birimizin yanında yaşamağı öyrənməliyik.”
Konstitusiyada ələvilərin adı belə yoxdur. Qanun ələviləri tanımır.Qurban Əzimi