Kim Conq Un bibisi ərini edam etdirdi

\

Şimali Koreya hökuməti dövlət başçısı Kim Conq Unun bibisi əri Canq Sonq Taeki edam edib. Cənab Taek bu yaxınlaradək Kim Conq Unun baş müşavirlərindən idi.

Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi bildirir ki, Canq xüsusi hərbi tribunaldan sonra cümə axşamı edam oluub.

Xəbərdə Taek “anti-partiya və əks-inqilabi fəaliyyətləri ilə dövləti devirməyə çalışan satqın” adlandırılır.

Canq bir neçə cinayətdə, o cümlədən korrupsiyada, qadın düşkünü və narkoman olmaqda ittiham edilib.

ABŞ Dövlət Departamenti xəbərin doğru olub-olmadığını təsdiq edə bilmədiyini deyir. Amma sözçü Marie Harf ABŞ rəsmilərinin edamın baş verdiyinə şübhə etmək üçün əsasları olmadığını bildirib və əlavə edi ki, Canqın edamı Şimali Koreya rejiminin “ifrat qəddarlığına” daha bir nümunədir.

Canq lider Kim Conq Unun bibisi Kim Kyonq Huyla evli idi. Huy 2011-ci ildə ölmüş Şimali Koreya lideri Kim Conq İlin bacısıdır. Canq keçmişdə rejim rəhbərliyinin gözündən düşdükdən sonra bir neçə il yoxa çıxmışdı. Sonradan hakimiyyət keçidi zamanı o, yenidən aktiv siyasi fəaliyyətə başladı.