İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərin məhkəməsi yenidən təxirə salınıb

Your browser doesn’t support HTML5

Noyabrın 5-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə 23-24 yanvarda İsmayıllıda baş verən hadisələrlə bağlı məhkəmə prosesinin hazırlıq iclası yenidən təxirə salınıb. Amerikanın Səsinə verilən məlumata görə saat 4-dək təxirə salınmasının səbəbi hakimlərin gəlməməsi olub. Noyabrın 4-də keçirilən hazırlıq iclasından fərqli olaraq təqsirləndirilən şəxslərin yaxınları prosesi izləmək üçün içəriyə buraxılıb.