Teletibb-Telefon və ya İnternet vasitəsilə həkim məsləhəti

Həkimlərin xəstələrinə telefon və ya internet vasitəsilə məsləhət verməsi, eləcə də kənd yerlərindən böyük şəhərlərdəki mütəxəssislərlə təmas qurması Tele-tibb adlanır.

Tele-tibb uzun illərdir fəaliyyət göstərir. Lakin yeni texnologiya, smartfonlar, planşetlər və veb-kameralar bu növ xidməti yeni mərhələyə çatdırıb. Hazırda Birləşmiş Ştatlarda səhiyyə sistemində virtual təcili yardımlar təklif edilir. İnsanlar həkimləri ilə evdən çıxmadan video-çatda görüşə bilər.

Diana Rai Vaşinqton ştatında tibb bacısıdır. Bu yaxınlarda o, virtual yardımın necə həyata keçirildiyini nümayiş etdirib. Bunun üçün Diana bu xidməti Skype-la həyata keçirib. “Salam, mənim adım doktor Ben Qrindir. Mən Fransiskan virtual yardım həkimlərindən biriyəm.”

Doktor Qrin xəstəsindən şikayətlərini deməsini istəyir. Bundan sonra o, xəstəsini müayinə etmək üçün hənsı hərəkətlər edəcəyini göstərir. “Sən yanaqlarını basmalı və mənə deməlisən: ağrı və ya narahatlıq hiss edirsənmi? Həmin yer yumşaqdırmı?” - deyə, doktor Qrin sual verir.

”Sağ tərəf o qədər də pis deyil, lakin son tərəf şişdir,” - deyə, xəstə cavab verir.

Doktor Qrin bunun sinus infeksiyası olduğu qənaətinə gəlir və xəstənin antibiotik qəbul etməli olduğunu deyir. Doktor Qrin deyir ki, hər 4 xəstədən üçünün xəstəliyi buna bənzər xəstəlilkərdir ki, bunları virtual yolla həll etmək olar, yəni həkimə getmədən, sadəcə video bağlantı vasitəsilə.

“Xəstənin təhlükəsizliyi bizim üçün əsasdır. Əgər biz xəstənin bu yolla müalicəsinin təhlükəsiz olduğuna əmin deyiliksə, onda ona alternativ təkliflər veririk,” - deyə, həkim bildirir.

Vaşinqton ştatının Takoma şəhərində yerləşən Fransiskan Səhiyyə Sistemi evdən virtual xidmətə görə 35 dollar alır. Bu isə xəstəxanaya və ya poliklinikaya getməkdən xeyli ucuzdur.

Fransiskan sistemi klinikalar və terminal xəstələr üçün nəzərdə tutulan tibbi obyektlərdə fəaliyyət göstərir. Fransiskan Skype və telefon təmaslarını təşkil edən Karena şirkəti ilə əməkdaşlıq edir. Şirkət rəsmiləri deyirlər ki, qanunlar müasir reallıqlarla hələ ki ayaqlaşmır. Belə ki, çox vaxt virtual xidmət göstərən həkimlər hər bir ştatda xüsusi olaraq lisenziya almalıdırlar. Bu üzdən Vaşinqton yaxud Kaliforniyada xəstələri müalicə edən həkimlər qonşu Oreqon ya Aydaho ştatlarında bunu edə bilməzlər.