ABŞ-ın tanınmış araşdırmaçı jurnalisti və “Demokratiya İndi!” verilişinin aparıcısı Amy Goodman bu günlərdə Azərbaycanda korrupsiya qalmaqalına dair yeni tapıntılarla çıxış edib. Goodmanin yazdığına görə milliyətcə çex biznesmen Viktor Kojeninin Azərbaycan rəhbərliyinə rüşvət verməsi ilə bağlı məhkəmə prosesi xarici kəşfiyyat agentliklərinin köməyi ilə korrupsiyanı ifşa etmiş adamı hədəf alıb və nəticədə Rick Bourke adlı bir filantropist həbsə məhkum edilib.
“Kojeninin qatıldığı mürəkkəb fırıldaq mexanizmini əsasən ABŞ hökuməti ört-basdır edib və nəticədə məhkəmə araşdırmalarının zərbəsi korrupsiyanı ifşa edən adama dəyib. Bu, vicdansızlıqdır,” deyə məsələ ilə bağlı ətraflı araşdırma aparmış və vaxtikən prezident Riçard Niksonun istefasına gətirib çıxaran Senat Watergate Komitəsində aparıcı müstəntiq olmuş sabiq Washington Post müxbiri Scott Amrstrong müsahibəsində deyir.
Hazırda Koloradoda minimum təhlükəsizlik təcridxasnasında cəza çəkən Feredik “Rick” Bourke lüks əl çantaları şirkəti olan Dooney and Bourke-nin banisidir. 1990-cı illərin ortalarında o, “Praqa Piratı” ləğəbi ilə tanınan Viktor Kojeni ilə görüşmüşdü. Həmin bu Kojeni Çexiyada özəlləşdirmə zamanı müxtəlif növ maxinasiyalar quraraq milyonlarla dollara yiyələnmişdi. Kojeni Rick Bourke kimi biznesmenlərdən vəsait toplayaraq Azərbaycan Dövlət Neft Şirkətinə nəzarəti ələ almağı planlaşdırırdı.
Bourkenin vəkili Michael Tigar qəzəb püskürür. “Kojeni fırıldaqçı idi. O, Rick Bourkenin və başqa investorların bütün pullarını oğurladı. O, Azərbaycan rəsmilərinə rüşvət verdi. İndi o, Baham Adalarında kef çəkir”. Amma rüşvət əməlləri barədə ABŞ rəsmilərinə məlumat vermiş Bourke dörd divar arasındadır.
Amy Goodman yazır ki, Kojeni bu pulları Azərbaycanın sabiq prezidenti Heydər Əliyevə verib. “Rusiya prezidenti Vladimir Putin kimi, Əliyev də keçmişdə yüksək rütbəli DTK rəsmisi olub. Sovet İttifaqı dağılandan az sonra o, ölkəyə nəzarəti ələ keçirdi. Onun oğlu İlham həmin vaxt ARDNŞ-ə nəzarət edirdi. İndi Sankt-Peterburqda bar işlədən Tomas Farrell adlı bir amerikalı Bakıya idman çantalarında nağd pul daşıyırdı”.
İnvestisiya iflasa uğradı və Kojeni yerdə qalan pulları da götürüb aradan çıxdı. Rick Bourke Nyu Yorkda Manhattan Dairə Prokurorluğuna gedərək Mariam Klipperlə danışdı. Korrupsiya ilə barışmaz mübarizə aparan həmin bu idarə Kojeniyə qarşı məhkəmə işi qaldırdı. Kojeni bundan sonra Baham Adalarına qaçdı.
Məsələnin üstünü açan Bourke federal rəsmilərlə də tam əməkdaşlıq etməyə başladı. Lakin onlar əsl cinayətkarları yox, Bourkeni hədəf aldılar. Sonda o, Xarici Korrupsiya Praktikaları Qanununa əsasən günahkar bilindi. Ona görə yox ki, o, kiməsə rüşvət vermişdi. Ona görə ki, o, rüşvətin verilməsindən agah idi. Və bütün məhkəmə işi maxinasiyanın başında durmuş isveçrəli Hasn Bodmer və Tomas Farrelin ifadələri əsasında aparıldı.
Manhattan prokurorluq idarəsində çalışmış Mariam Klipper Bourkeyə yüngül cəza verilməsini xahiş etsə də federal məhkəmə bu xahişi nəzərə almadı. Əvəzində Bodmer və Farrellə yüngül cəzalar verildi və onlar qısa bir zamanda ABŞ-ı tərk etdilər.
Amy Goodman yazır ki, məhkəmə işinin böyük kəsimi möhürlənib. Belə ki, burada kəşfiyyat orqanlarının rolu var. Maraqlısı odur ki, Britaniya xüsusi xidmət idarəsinin (MI6) sabiq rəhbəri Sir Richard Dearlove və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməliyyatlar üzrə sabiq direktor müavini James Pavitt ittihamla üzləşən Bourke üçün müsbət ifadə verməyə hazır idilər. Lakin müəmmalı səbəblərdən onlara da bu imkan verilməyib.
“Kojeninin qatıldığı mürəkkəb fırıldaq mexanizmini əsasən ABŞ hökuməti ört-basdır edib və nəticədə məhkəmə araşdırmalarının zərbəsi korrupsiyanı ifşa edən adama dəyib. Bu, vicdansızlıqdır,” deyə məsələ ilə bağlı ətraflı araşdırma aparmış və vaxtikən prezident Riçard Niksonun istefasına gətirib çıxaran Senat Watergate Komitəsində aparıcı müstəntiq olmuş sabiq Washington Post müxbiri Scott Amrstrong müsahibəsində deyir.
Rusiya prezidenti Vladimir Putin kimi, Əliyev də keçmişdə yüksək rütbəli DTK rəsmisi olub. Sovet İttifaqı dağılandan az sonra o, ölkəyə nəzarəti ələ keçirdi. Onun oğlu İlham həmin vaxt ARDNŞ-ə nəzarət edirdi. İndi Sankt-Peterburqda bar işlədən Tomas Farrell adlı bir amerikalı Bakıya idman çantalarında nağd pul daşıyırdı.