Məhkəmə Cəmil Həsənlinin apellyasiya şikayətini təmin etməyib

Cəmil Həsənli

Oktyabrın 8-də Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasına qarşı
apellyasiya şikayətinə baxılıb.

Şikayətdə MSK-dan İlham Əliyevin namizəd olaraq qeydiyyatının ləğv olunması göstərilib.

Məhkəmə isə şikayti təmin etməyib.

Milli Şuranın prezidentliyə namizədi hesab edir ki,İlham Əliyevin 3-cü dəfə prezident olmaq istəyi Azərbaycan Konstitutsiyasına və Seçki Məcəlləsinə görə ziddir.