ABŞ-da hökumətin bağlantısına gətirib çıxaran böhranın sonu hələ ki, görünmür.
Prezident Barak Obama və onun Konqresdəki Respublikaçı əleyhdarları artıq dörd gündür ki, öz mövqelərini dəyişməkdən imtina edirlər. Yaranmış situasiya federal işçi qüvvəsinin az qala üçdə birinin müvəqqəti ixtisara salınması və əksər hökumət xidmətlərinin dayanması ilə müşayiət olunur.
Beşinci ildir ki, Amerikaya rəhbərlik edən Demokrat Obama lokal kafeyə baş çəkərək hökumətin bağlantısının sadə vətəndaşlara göstərdiyi təsirin ağrılarından danışıb. Özünə və vitse prezident Co Baydenə nahar sifariş etməzdən öncə ABŞ prezidenti Nümayəndələr Palatasının Respublikaçı spikeri Con Beyneri qeyd-şərtsiz hökumətin açılmasına icazə verən qanunu qəbul etməyə çağırıb.
İndiyədək Respublikaçılar Demokrat prezidentin xalq arasında “Obamacare” kimi tanınan səhiyyə qanununda dəyişikliklər və yubanmalar olmadan büdcəni təsdiq etməkdən boyun qaçırıblar. Müxalif Respublikaçılar Nümayəndələr Palatasında çoxluq təşkil edir.