İranda məktəblərin açılışı münasibətilə Amerikanın Səsinə müsahibə verən milli fəal və Qərbi Azərbaycan vilayəti məktəblərinin sabiq müəllimi Cavad Abbasi İran İslam Respublikasının Azərbaycan şəhərlərindəki məktəblərdə yürütdüyü siyasət, eləcə də ana dilində təhsil almaqdan məhrum edilən türklər və digər qeyri-fars uşaqların İran təhsil sistemi və həyatlarında üzləşdikləri problemləri şərh edir.
Cavad Abbasinin fikrincə ana dilində təhsil haqqından məhrum edilən uşaqlar məktəbə girib başqa bir dildə hazırlanmış dərsliklərlə qarşılaşdıqlarında kültürəl şok keçirirlər.
“Uşaqlar sadəcə ana dilində təhsildən məhrum edilmir, bəlkə bütünlüklə mənfi yönümlü bir assimilyasiyaya məruz qalırlar. Bunlar uşaqlarda ziddiyyətli şəxsiyyət problemi yaradır və hətta onların məktəbtən qaçıb, təhsildən uzaqlaşmalarına səbəb ola bilir,” deyə milli fəaliyyətləri üzündən müəllimlik şuğlundan atılmış güneyli fəal əlavə edir.
Sabiq müəllimin dediklərinə görə, bütün dərsliklərin fars dilində olmasından əlavə, İran Təhsil Nazirliyinin təlimnamələri müəllimlərdən şagirdlərlə sadəcə fars dilində danışmaqlarını tələb edir.
İran İslam Respublikasında qeyri-fars şagirdlər üçün “ikidilli şagirdlər” termini işlədilir, onların problemləri isə təhsil sistemi ilə bağlı təşkil olunan seminarlarda “təhsildə ikidillilik problemi” olaraq təqdim edilir.
“Onlar bunu problem olaraq görürlər ancaq bizim gördüyümüz şəkildə deyil. Onların problem bildikləri xüsus budur ki, nədən bu müddətdə bu uşaqları assimilyasiya etməyi bacarmayıblar. Dövlət bu problemi həll etmək üçün uşaqları əsasən ana dillərindən uzaqlaşdırmağa çalışır,” deyə Cavad Abbasi rəsmi Tehranın siyasətinə münasibət bildirir.
“Ölkə şagirdlərinin 70 faizi ikidillidir. Məktəbə girib, birinci sinifi bitirdikdən sonla belə onların ana dili farscaya çevrilmir... Birinci sinifdə təhsil uğursuzluğu ilə üzləşən bir şagird sonuna qədər də müvəffəqiyyəti əldə edə bilməyəcək,” deyə 2009 və 2013 illəri arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayinin qeyri-fars məktəblilər haqqında sözləri ölkənin rəsmi xəbər agentliyi İSNA-da nəşr edilib.
Milli fəal Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda fəaliyyətləri üzündən müəllimlik işindən atıldığını bildirir. O, həmçinin təhlükəsizlik məmurları tərəfindən dəfələrlə nəzarət altına alınıb və mühakimə edildikdən sonra 20 aya yaxın həbsdə saxlanılıb.
“Şagirdlərdən istəyirdim ki bəzi ev tapşırıqlarını türkcə yazsınlar. Sonralar həmin məsələ məhkəmədə mənə qarşı bir ittiham olaraq irəli sürüldü,” deyə hazırda Amerikanın Virciniya ştatında yaşan güneyli fəal söyləyir.
Cənab Abbasinin sözlərinə görə, “İranın Azərbaycan şəhərləri, habelə türklər və digər qeyri-fars xalqların yaşadığı başqa bölgələrdə məktəbəqədər uşaqları fars dilində təhsil almağa hazırlamaq üçün proqramlar təşkil edilir. Qeyri-fars uşaqları məcburi olaraq bu proqramlara qatılmalıdır.”
“Dövlətlər ölkələrində yaşayan azlıq cəmiyyətlərinin öz ana dillərini öyrənmək ya ana dillərində təhsil almaları istiqamətində lazımi tədbirləri almalıdır,” deyə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 18 dekabr 1992-ci ildə qəbul etdiyi bəyannamədə qeyd edilir.
Your browser doesn’t support HTML5
Cavad Abbasinin fikrincə ana dilində təhsil haqqından məhrum edilən uşaqlar məktəbə girib başqa bir dildə hazırlanmış dərsliklərlə qarşılaşdıqlarında kültürəl şok keçirirlər.
“Uşaqlar sadəcə ana dilində təhsildən məhrum edilmir, bəlkə bütünlüklə mənfi yönümlü bir assimilyasiyaya məruz qalırlar. Bunlar uşaqlarda ziddiyyətli şəxsiyyət problemi yaradır və hətta onların məktəbtən qaçıb, təhsildən uzaqlaşmalarına səbəb ola bilir,” deyə milli fəaliyyətləri üzündən müəllimlik şuğlundan atılmış güneyli fəal əlavə edir.
Uşaqlar sadəcə ana dilində təhsildən məhrum edilmir, bəlkə bütünlüklə mənfi yönümlü bir assimilyasiyaya məruz qalırlar. Bunlar uşaqlarda ziddiyyətli şəxsiyyət problemi yaradır və hətta onların məktəbtən qaçıb, təhsildən uzaqlaşmalarına səbəb ola bilir.