Güneyli sosioloq deyir ki, Xələc türklərinin dili və kültürü sürətlə zəifləməkdədir. Ankara Hacəttəpə Universitetinin məzunu Bilal Hatəmi Amerikanın Səsinə müsahibədə İranın Mərkəzi və Qum vilayətlərində yaşayan Xələc türklərinin dil, mədəniyyət, tarix və ictimai həyatlarını şərh edib. Sosioloqun sözlərinə görə, xələclər ümumiyyətlə Qum, Mərkəzi və Tehran vilayətlərində İran Azərbaycanının digər türk elləri, o cümlədən Şahsevənlər (Şəsəvən) ilə eyni bölgələri paylaşırlar. O, təxminən 66 min Xələc türkünün bu bölgələrdə yaşadığını bildirir.
UNESCO tərəfindən yayımlanan dünyada yox olma təhlükəsi yaşayan dillər siyahısında Xələc türkcəsi müdafiəsiz bir dil kimi göstərilib. Ancaq cənab Hatəmi bu dilin UNESCO bəyanatında qeyd olduğundan da daha ciddi bir təhlükə ilə üzləşdiyinə inanır: “Xələc türkcəsi adətən uşaqlar arasında danışılmır. Bu dili qoruyanların böyük əksəriyyəti yaşlı xələclərdir. Buna görə də, xələc dilinin yaxın gələcəkdə yox olma ehtimalı çox yüksəkdir.”
“Xələc Türklərinin sosio-kültürəl yapısı” adlı tezisi üzərində çalışmaq üçün xələclərin yaşadığı bölgələrdə araşdırmalar aparmış Bilal Hatəmi İranda yaşayan digər türk elləri ilə müqayisədə xələclərin daha artıq assimilyasiya edildiklərini vurğulayır. Onun dediklərinə görə, Xələc cəmiyyəti həm farslar həm də İran Azərbaycanında yaşayan digər türk elləri tərəfindən ayrıseçkiliyə məruz qalır.
“Xələclər ictimai həyatda özlərini digər türklərdən təcrid edilmiş kimi hiss edirlər. Bu sanki onlara ata-babalarından gələn bir psixologiyadır. Misal üçün xələclər və şahsevənlərin birlikdə yaşadıqları bölgələrdə xələclər fərqli sahələrdə işləyirlər. Onlar eyni zamanda dəliqanlı və savaşçı ruha sahib olmaqla tanınırlar,” deyə sosioloq söyləyir.
Araşdırmaçı həmçinin Azərbaycan və İranın digər bölgələrində yaşayan türk mədəni fəallar və mədəni dərnəkləri xələc dili və mədəniyyətini qorumaq istiqamətində fəaliyyətə çağırır: “Onlara kültürləri və dillərini qorumaq üçün kömək lazimdir. Xələc kültürü əsasən ölmüş bir durumda... Onlarda şifahi ədəbiyyatı deyə bir şey yoxdur artıq... Analar xələc dilində uşaqlarına laylay oxumurlar. Gənclər xələc türkcəsində danışmır. Bu dil ancaq orta yaşlı və yaşlılar arasında danışılır.”
Your browser doesn’t support HTML5
UNESCO tərəfindən yayımlanan dünyada yox olma təhlükəsi yaşayan dillər siyahısında Xələc türkcəsi müdafiəsiz bir dil kimi göstərilib. Ancaq cənab Hatəmi bu dilin UNESCO bəyanatında qeyd olduğundan da daha ciddi bir təhlükə ilə üzləşdiyinə inanır: “Xələc türkcəsi adətən uşaqlar arasında danışılmır. Bu dili qoruyanların böyük əksəriyyəti yaşlı xələclərdir. Buna görə də, xələc dilinin yaxın gələcəkdə yox olma ehtimalı çox yüksəkdir.”
“Xələc Türklərinin sosio-kültürəl yapısı” adlı tezisi üzərində çalışmaq üçün xələclərin yaşadığı bölgələrdə araşdırmalar aparmış Bilal Hatəmi İranda yaşayan digər türk elləri ilə müqayisədə xələclərin daha artıq assimilyasiya edildiklərini vurğulayır. Onun dediklərinə görə, Xələc cəmiyyəti həm farslar həm də İran Azərbaycanında yaşayan digər türk elləri tərəfindən ayrıseçkiliyə məruz qalır.
Onlara kültürləri və dillərini qorumaq üçün kömək lazimdir. Xələc kültürü əsasən ölmüş bir durumda...