“Prezident Obamaya dedim ki, İran Azərbaycanındanam, güneyliyəm, türkcə danışıram, farsca yox.” deyə Isveçdə yaşayan Siyavuş Dirəxti Amerikanın Səsinə müsahibədə bildirir.
Ötən həftə ABŞ Prezidentinin İsveçə səfəri zamanı Barak Obama lə görüşən Siyavuş Dirəxti görüş ərzində przidentlə təqribən beş dəqiqə söhbət etdiyini deyir. Sinaqoqda baş verən bu söhbət əsnasında o, İsveçdə dinlərarası münasibətləri yaxşılaşdırmaq sahəsində görüdüyü işlərdən və İran Azərbaycanından olan kökləri barədə danışdığını deyir.
“Prezidentə dedim ki, atam da, anam da İran Azərbaycanındandır, güneylidirlər. O da betər sevindi və dedi ki, ‘ooh, sən azərbaycanlısan.’” deyə Siyavuş Dirəxti əlavə edir. “Prezident mənə söylədi ki, çox gözəl iş görürsən ki, müsəlmanlarla yəhudilər arasında münasibətləri düzəltməyə çalışırsan.”
İsveçin Sydsvenskan qəzetində yayılan məlumata istinadən, Siyavuş Dirəxti Barak Obama və İsveçin baş naziri Fredrik Reinfeldtin iştirakı ilə Stokholm şəhərinin Böyük Sinaqoqunda keçirilən görüşdə İsveç toplumunda anti-semitizm və ksenofobiyaya qarşı fəaliyyətləri haqqında danışıb.
19 yaşında ikən Anti-semitizmə Qarşı Müsəlman Gəncləri birliyini yaradan 22 yaşlı azərbaycanlı antisemitizm, ksenofobiya və islamofobiyaya qarşı fəaliyyətlərinə görə 2013-cü ildə Raoul Wallenberg mükafatına layiq görülüb. Onun təsis etdiyi birlik hazırda Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər adı ilə İsveçin Malmö şəhərində fəaliyyət göstərir.
Siyavuş Dirəxti güneyli siyasi fəal və Dünya Azərbaycanlıları Konqresinin (DAK) sabiq sədri Cavad Dirəxtinin oğludur.
Your browser doesn’t support HTML5