Hikmət Çətin: Suriyada kimyəvi silahdan istifadə sübut olunmalıdır

Your browser doesn’t support HTML5

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Amerikanın Səsinin Suriya böhranı ilə bağlı suallarını cavablandırıb. Hikmət Çətin Amerikanın Suriyaya hücumla bağlı mövqeyini şərh edərkən bildirib ki, Suriyaya hücum etməzdən əvvəl BMT missiyası Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edilib-edilməməsini müəyyənləşdirməlidir”. Keçmiş nazir hesab edir ki, Suriyada kimyəvi silahdan istifadə təsdiqlənsə dünya birliyi birgə addımlar atmalıdır.