Xarici İşlər Nazirliyi Yeni Musavatı təkzib edib
Your browser doesn’t support HTML5
“Yeni Müsavat” qəzetinin bugünki nömrəsində dərc edilmiş anonim müəllifin Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) korrupsiya və peşəkar kadrların çatışmamazlığı haqqında məqaləsi böhtan və cəfəngiyyatdır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə bildirib.