Əsabəli Mustafayev: NİDA fəallarının həbs müddətinin uzadılması əsassızdır

Your browser doesn’t support HTML5

Avqustun 28-də Bakının Nəsimi Rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının həbsdə olan iki fəalının barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə deyib ki, Rəşad Həsənov, Bəxtiyar Quliyevin həbs müddəti dekabrın 7-dək uzadılıb. Onun sözlərinə görə, ibtidai istintaq bu dəfə də həbs müddətinin uzadılmasını onunla əsaslandırıb ki, yeni istintaq hərəkətləri aparılmalı, ekspertiza rəyləri alınmalıdır. Vəkil bu arqumentlərin əsassız olduğunu bildirib və apelyasiya şikayətinin veriləcəyini deyib.