Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri nə deyir?
Your browser doesn’t support HTML5
Avqustun 19-da Milli Şuranın sessiyası zamanı qeyri-döyüş şəraitində dünyasını dəyişmiş bir qrup əsgər valideynləri forumun keçirildiyi Müsavat Partiyasının qərargahının qarşısına toplaşıb.
Dünyasını dəyişmiş əsgər valideynləri ölkədə əsgərlərin qeyri-döyüş şəraitində nizamnamə pozuntusu nəticəsində ölümünə son qoyulmasını tələb edir. Bir çox valideynlər övladlarının öülümündə əsas günahkarların cəzalandırılmadığını bildirir.
Dünyasını dəyişmiş əsgər valideynlərinin Amerikanın Səsinə müsahibələrinə baxın.