Əlirza Ərdəbilli İranda pantürkizm düşüncəsini təmsil edən qruplaşma ya hərəkatın mövcudluğunu rədd edir. Amerikanın Səsinə müsahibə verən tanınmış yazar, jurnalist və siyasi fəal hesab edir ki, İran İnqilab Məhkəmələrinin güneyli milli fəallara qarşı çıxarıdığı hökmlərdə tez-tez işlədilən bu termin Turan dövləti qurmaq istəyənlərə deyil, milli varlığını qoruyan adamlara şamil olunur.
“Pantürkizm iki şeydən ibarətdir. Birincisi ötən əsrin ilk illərində türk dünyası və muxtəlif türk xalqları arasında siyasi yaxınlaşma simvolu olub. İkincisi isə, bu gün Güney Azərbaycan və İranda yaşayan türklərin milli haqları uğrunda mübarizəsini susdurmaq üçün bir basqı bayrağıdır. Belə ki Güney Azərbaycanda ana dilində təhsil hüququ kimi əsas haqlarını tələb edən türkləri pantürkist adlandıraraq onları susdurmaq istəyirlər,” deyə jurnalist söyləyir.
Güneyli yazar hazırda milli fəalların hər zamandan çox pantürkist ittihamı ilə üzləşdiklərinə toxunaraq belə ittihamların zaman və dönəmin siyasi şərtlərinə görə dəyişdiyini vurğulayır:
“Bir zamanlar Azərbaycanda milli məsələ ilə bağlı fəaliyyət edənlərə kommunist ya Pişəvəriçi deyərdilər. Zaman və şərtlər dəyişdikcə, İrançı qruplar milli fəallara qarşı irəli sürdükləri ittihamları da yeniləyirlər.”
Əlirza Ərdəbilinin fikrincə yazar və şair, habelə milli-mədəni fəalların başqa türk xalqları ilə təmas və yaxınlaşma təşəbbüslərini pantürkizm adlandırmaq düzgün deyil:
“İndiki dünyada bu normaldır, qloballaşma millətləri yaxınlaşdırır. Sadəcə Türklərdə deyil, Farslarda, Kürdlərdə də belədir. Muxtəlif ölkələrdə yaşayan türklər birbirindən təsir alır, dillərinə yeni sözlər qazanırlar. Buna pantürkizm demək doğru olmaz.”
“Güney Azərbaycan fəalları türklüyə önəm verirlər, çünki indi ən çox sual altında, zərbə altında olan şey Türklüyümüzdür. Bu məntiqi bir reaksiyadır. Ərəbistanda qadınların maşın sürməsi qadağadır, buna görə də oranın qadınları maşın sürmək haqqına çox önəm verirlər.” deyə o, əlavə edir.
Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözcüsü həmçinin avqustun 24-də İraq, İran, Türkiyə və Suriyalı Kürd təşkilatlarının iştirakı ilə İraqın Ərbil şəhərində keçiriləcək Milli Kürd Qurultayı, eləcə də İran, Əfqanistan və Tacikistan farsları daxil olmaqla bütün farsdilli xalqlar üçün proqram yayan beynəlxalq media ilə bağlı görüşlərini Amerikanın Səsi ilə paylaşıb.
Güneyli vəkillər İran məhkəmələrinin milli fəallara qarşı irəli sürdükləri pantürkizm ittihamının dövlətin cinayət məcəlləində əks olunmadığını deyirlər.
Amnesty International İran Azərbaycanı ilə bağlı yaydığı bəyanatlarında pantürkizm günahlandırmasını “anlaşılmaz şəkildə yazılmış” bir ittiham kimi qiymətləndirir.
Your browser doesn’t support HTML5
“Pantürkizm iki şeydən ibarətdir. Birincisi ötən əsrin ilk illərində türk dünyası və muxtəlif türk xalqları arasında siyasi yaxınlaşma simvolu olub. İkincisi isə, bu gün Güney Azərbaycan və İranda yaşayan türklərin milli haqları uğrunda mübarizəsini susdurmaq üçün bir basqı bayrağıdır. Belə ki Güney Azərbaycanda ana dilində təhsil hüququ kimi əsas haqlarını tələb edən türkləri pantürkist adlandıraraq onları susdurmaq istəyirlər,” deyə jurnalist söyləyir.
Pantürkizm bu gün Güney Azərbaycan və İranda yaşayan türklərin milli haqları uğrunda mübarizəsini susdurmaq üçün bir basqı bayrağıdır.
“Bir zamanlar Azərbaycanda milli məsələ ilə bağlı fəaliyyət edənlərə kommunist ya Pişəvəriçi deyərdilər. Zaman və şərtlər dəyişdikcə, İrançı qruplar milli fəallara qarşı irəli sürdükləri ittihamları da yeniləyirlər.”
Əlirza Ərdəbilinin fikrincə yazar və şair, habelə milli-mədəni fəalların başqa türk xalqları ilə təmas və yaxınlaşma təşəbbüslərini pantürkizm adlandırmaq düzgün deyil:
“Güney Azərbaycan fəalları türklüyə önəm verirlər, çünki indi ən çox sual altında, zərbə altında olan şey Türklüyümüzdür. Bu məntiqi bir reaksiyadır. Ərəbistanda qadınların maşın sürməsi qadağadır, buna görə də oranın qadınları maşın sürmək haqqına çox önəm verirlər.” deyə o, əlavə edir.
Güney Azərbaycan fəalları türklüyə önəm verirlər, çünki indi ən çox sual altında, zərbə altında olan şey Türklüyümüzdür. Bu məntiqi bir reaksiyadır.