ABŞ hakimi irqi azlıqların hədəf alındığını əsas gətirərək Nyu York Polis Departamentinin “saxla-və-axtar” siyasətini qeyri-qanuni elan edərək polsilərin on minlərlə adamın vətəndaş hüquqlarını pozduğunu deyib.
Nyu York meri Maykl Blumberq appelyasiya məhkəməsinə müraciət edəcəyini bildirib. O, deyir ki, polis tərəfindən saxlanma şansı cinayətdən çəkindirici rol oynayır.
Polis son on ildə əsasən qaradərililər və ispandillilər olmaqla 5 milyon adamı saxlayaraq onların üzərlərində axtarış apardığını deyir.
Amerikalı hakim praktikanın nyu yorkluların həyatında gündəlik normaya çevrildiyini, amma “saxlanılanların mütləq əksəriyyətinin cinayətkar yox, günahsız” olduğunu deyib. O, bu siyasətə tamamilə son qoymadığını, məhkəmənin proses üzərində nəzarəti gücləndirdiyini əlavə edib.
Şəhər hüquqşünasları israr edirlər ki, polis departamenti özü-özünə yaxşı nəzarət edir.
Polis Komissarı Raymond Kelli polislərin irqi ayrıseçkiliklə məşğul olmaları haqda anlayışın həqiqətdən xeyli uzaq olduğunu söyləyib .
Hüquq ekspertlər hesab edirlər ki, ABŞ-ın ən iri polis departamentinin həyata keçirdiyi ölçülər başqa polis departamentləri üçün örnək funksiyasını daşıyır.