Bir tərəfin uğurunu başqasının məğlubiyyəti kimi səciyyələndirən situasiyanın formulu politologiyada sıfır-cəm nəzəriyyəsi adlanır. Yəni əgər iştirakçıların qazanclarının cəmindən iştirakçıların məğlubiyyəti çıxılsa nəticə sıfıra bərabər olacaq. Əlbəttə, bu nəzəriyyə bir az qəliz səslənsə də əslində bu riyazi formul hər kəsə ən erkən yaşlarından tanışdır: Məsələn, təsəvvürünzə tort bölüşdürülməsini götürün. Birinə düşən artıq pay başqasının payının avtomatik azalması deməkdir.
Zahirən sadə görünən bu məfhumun beynəlxalq münasibətlər, iqtisadi əməkdaşlıq, cəmiyyətdaxili əlaqələr üçün böyük əhəmiyyəti var. Harvard Universitetinin psixoloqu Steven Pinker sıfır-cəm nəzəriyyəsinin bəşəri təkamülünə nəzər salırkən, nikbin nəticələrə gəlir. Onun fikrincə ötən onilliklərdə insanlar və ümumilikdə cəmiyyətlər müəyyən etməyə başlayıblar ki, münasibətlərə sıfır-cəm kontekstində baxılması hər iki tərəfin ziyanına işləyir. Əksinə, müsbət-cəm perspektivinin ikitərəfli münasibətlərə şamil olunması əldə olunan ümumi qazancı xeyli artırır və hamının bəhrələnməsinə yol açır. Bir sözlə, hamı udur!
Millətlər anlayırlar ki, ticarət qarşı tərəfi onların hesabına varlandırmır, ticarətdən hamı faydalanır. Müharibə edən ölkələr Pirr qələbəsi əldə etmək əvəzinə, sülhün dividentlərini paylaşmaq qərarına da bu əsasla gəlirlər.
Buna nümunə olaraq Pinker boşanma prosesində olan ər-arvadı göstərir. Onlar bir-birlərinə acıq vermək üçün öz vəkillərini xeyli varlandıra da bilərlər, yaxud ortaq məxrəcə gəlib dəyən ziyanın miqyasını məhdudlaşdıra bilərlər. Millətlər anlayırlar ki, ticarət qarşı tərəfi onların hesabına varlandırmır, ticarətdən hamı faydalanır. Müharibə edən ölkələr Pirr qələbəsi əldə etmək əvəzinə, sülhün dividentlərini paylaşmaq qərarına da bu əsasla gəlirlər. Əlbəttə ki, bu prosesi bütün situasiyalara şamil etmək olmaz. Elə məqamlar var ki, birinin qələbəsi hökmən başqasının məğlubiyyəti olmalıdır. Amma ümumilikdə insanların və onların qurduqları cəmiyyətlərin rifahı qarşlıqlı faydanın formulunu tapmaqdan asılıdır. “Bütün bəşəriyyətlə sülh və dostluq şəraitində yaşamaq bizim üçün ən müdrik siyasətdir və kaş ki, bizə bu yolda getməyə imkan verəydilər” deyən ABŞ Konstitutsiyasının müəllifi və üçüncü prezident Tomas Cefferson bu həqiqəti artıq 18-ci əsrdə dərk etmişdi.