Vəkil: Rüstəm İbrahimbəyova qarşı hər hansı ittiham yoxdur
Your browser doesn’t support HTML5
REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun və Prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyevin vəkili Fuad Ağayev Amerikanın Səsi radiosuna müsahibəsində müdafiə etdiyi şəxslərin hüquqlarının pozulduğunu bildirib. Onun sözlərinə görə, REAL Hərəkatının lideri İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsi yaxın zamanda qərar qəbul edə bilər.
Rüstəm İbrahimbəyov barəsində cinayət işi qaldırılmayıb və həbsi üçün hər hansı hüquqi səbəb yoxdur.
Akif Muradverdiyev barəsində Avropa Məhkəməsinin qərarı yerinə yetirilməyib və o yenidən sifarişlə həbs edilib.