Sual: Cənab Kozlariç, Azərbaycanda qarşıdan gələn aylarda prezident seçkiləri keçiriləcək. Bu ölkədəki situasiya haqda düşüncələrinizi paylaşa bilərsinizmi?
Cavab: Əvvəla, onu qeyd edim ki, mən Azərbaycanla hazırda elə də yaxın təmasda deyiləm ki, bu suala tutarlı cavab verim. Mən hazırda Azərbaycandakı situasiyaya baxıram və durumu mənim 1994-97-ci illərdə səfir olduğum dövrlə müqayisə edirəm. Mən 1995-ci ildəki seçkilərin şahidi olmuşam, 2000-ci ildə müşahidəçilər heyətinə başçılıq etmişəm. Demokratik prosesin təkamülünü izləmişəm. Bu prezident seçkiləri olduqca mühümdür, ələlxüsus ona görə ki, səsvermə təzadlar fonunda baş verir. Bir tərəfdən neft bumu ölkədə qeyri-adi iqtisadi irəliləyişə təkan verib, Bakının siması dəyişib. Bu, mənim 2000-ci ildə, 1992-ci ldə gördüyüm şəhər deyil. İqtisadi inkişafın izləri açıq şəkildə özünü büruzə verir və bu resurslar hökumətə siyasi düzənə təsir göstərmək üçün imkan yaradıb. O biri tərəfdən siyasi proseslərdə geriləmə o həddə çatıb ki, mənim üçün oktyabrda azad və ədalətli seçkilər keçiriləcəyini təsəvvür etmək çətindir. Müstəqil mediaya qoyulan məhdudiyyətlər, jurnalistlərin və siyasi xadimlərin həbsləri. Məsələn, İsa Qəmbər bir neçə ay öncə Bakıdan kənara səfər edərkən hücuma məruz qalmışdı. Bütün bunlar göstərir ki, müxalifət seçkilərdə İlham Əliyevlə azad və ədalətli qaydada rəqabət aparmaq imkanından məhrumdur. Odur ki, mən çox narahatam. Müstəqilliyini qazandıqdan 20 il sonra Azərbaycan gərək daha demokratik istiqamətdə hərəkət etmək mövqeyində olaydı. Amma belə deyil.
Sual: Bu gün Azərbaycanda ən qızğın müzakirə obyekti Milli Şuranın təsis olunması və kinossenarist Rüstəm İbrahimbəyovun namizədliyidir. Siz Azərbaycan müxalifəti daxilində cərəyan edən olayları necə qiymətləndirirsiniz?
Cavab: Hesab edirəm ki, müxalifət üçün vahid namizədlə çıxış etmək proqres əlamətidir. Amma bilinmir ki, Rüstəm İbrahimbəyov Bakıya qayıda biləcək, yaxud hökumət ona və ya başqa namizədə seçkilərdə iştirak etməyə imkan yaradacaq. Mənim instinktim pessimist olmaqdır. Müxalifətin bir araya gəlməsi yaxşı şeydir. Amma əgər bu birlik öz məqsədinə nail olsa və vahid namizədlər seçkilərə qatıla bilsəydi, bu, proqres olardı. Amma bunun baş verəcəyinə pessimistəm.
Sual: Siz jurnalistlərin və siyasi liderlərin həbslərini qeyd etdiyniz. Bir sıra gənc fəallar da həbs edilib. Bunların sırasında N!da hərəkatının liderləri var. Azərbaycanda indi müşahidə olunan basqılar əvvəlkilərlə necə müqayisə oluna bilər?
Cavab: Mənim üçün maraqlıdır - əgər hökumət öz gücündən bu qədər arxayındırsa, və həqiqətən də özü dediyi səviyyədə populyardırsa onda niyə onlar gənclərin siyasi və sosial situasiya barədə fikirlərini ifadə etməsidən narahat olurlar? Mən bunun motivlərini anlaya bilmirəm. Bəlkə bu köhnədən qalan instinktdir. Mən Bakıda səfir işləyəndə prezident Heydər Əliyev idi. O dövrdə də həbsdə siyasi məhbuslar var idi. Amma bu günkü miqyasda və səviyyədə deyildi. Axı yaşları və nüfuzlarına rəğmən bu adamlar necə rejimə təhlükə ola bilərlər? Bundan yalnız bir nəticə çıxarmaq olar: hökumət bütün Azərbaycan boyu ənənəvi və qeyri-ənənəvi müxalifətə mesaj göndərmək istəyir ki, o, qanun aliliyinə, insan haqlarına və müstəqil mediaya əsaslanan normal demokratik prosesə icazə verməyəcək.
Sual: Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın inkişafı üçün nə edə bilər? Adətən eşitdiyimiz tənqidlərdən biri budur ki, ABŞ adətən demokratik normaların pozulmasına “narahatlıq” ifadə etməklə kifayətlənir. Vaşinqtonun arsenalında müsbət dəyişikliyə nail olmaq üçün nə kimi vasitələr var?
Cavab: Diplomatik münasibətlər yaranandan bəri bu, ABŞ üçün başlıca məsələ olub. Bizim arsenalımızın kiçik olmasına başlıca səbəb Azadlığa Dəstək Aktına 907 nömrəli düzəlişdir. Başqa sözlə, əgər siz ABŞ-ın Gürcüstanda həyata keçirdikləri ilə müqayisə etsəz, görərsiniz ki, buradakı yardım proqramları, sivil cəmiyyət qurma səyləri və treyninqin miqyası o qədər geniş idi ki, məsələn, müstəqil məhkəmə sisteminin yaradılmasına nail olundu. Azərbaycana gəldikdə isə bizdə bu imkanlar yox idi, və hələ də yoxdur. Biz çoxlu vaxt itirmişik. Biz arxadan başlayırıq. Mən qarşıdan gələn seçkilərdə nə ediləcəyinə əmin deyiləm – yəqin ki, ABŞ Milli Demokratiya İnstitutu vasitəsilə siyasi prosesi, müstəqil medianı inkişaf etdirməyə çalışılacaq, ancaq atıla biləcək əlavə addımlar azdır. Bununla belə, hesab edirəm ki, ABŞ Misirdə olduğu kimi siyasi prosesdə öz mövqeyini ortaya qoymalıdır. Bizimlə normal münasibətlər saxlamaq istəyən ölkədən gözləntilərimizi aydın etməliyik, ələlxüsus nəzərə alanda ki, bu hökumət demokratiya və isan haqlarına hörmət edən Qərbyönümlü hökumət olduğunu iddia edir. Biz kənarda sakit dayanıb bu pozuntular barədə heç nə deməyə bilmərik. Əmin deyiləm ki, qısa dönəmdə nə etmək olar. Amma istər ABŞ hökumti, istər ABŞ Konqresi, istərsə də Amerika ictimaiyyəti Azərbaycanda baş verənlərdən narahatlığını və normal münasibətlər üçün vacib olan addımları ifadə etməlidir.