“Azadlıq” “Qasid”ə etiraz edir

Your browser doesn’t support HTML5

İyulun 19-da “Azadlıq” qəzetinin kollektivi, jurnalistlər, ictimai xadimlər “Qasid” mətbuat yayımı üzrə dövlət firmasının ofisinin qarşısında piket keçirib. Aksiya iştirakçıları “Qasid”in qəzetə olan 40 min manatdan çox borcunu ödəməyi tələb ediblər. Piketdə “Bizim pullarımızı qaytarın!” və “Mətbuat azadlığını boğanlara ar olsun!” şüarlarını qaldırılıb. Firma qəzeti köşkləri vasitəsi ilə istehlakçılara çatdırır lakin, satışdan əldə edilən pulu qəzetə qaytarmır.