Bu yaxınlarda aparılmış sosioloji sorğu maraqlı tapıntı aşkar edib. Sən demə, insanların mütləq əksəriyyəti özləri haqda xeyli yüksək fikirdədirlər. Hamı özünü orta çoxluqdan daha ağıllı hesab edib. Hamı düşünür ki, onlar başqaları ilə daha yaxşı yola gedə bilirlər. Hamı bu qənaətdədir ki, onlardan işgüzar adam yoxdur, tənbəl yalnız başqaları ola bilər. “Bizim öz gözümüzdə reputasiyamız çox yüksəkdir,” deyə alim David Myers izah edir. “Sosial psixoloqlar bu əyləndirici, amma çox zaman viranedici fenomeni özünə-faydalı qərəz adlandırırlar.”
İnsanlar uğur qazananda adətən bunu öz istedadları və səyləri ilə yozurlar. Amma iflası hamı pis bəxtlə, problemin qeyri-mümkünlüyü ilə – bir sözlə, xarici faktorlarla izah etməyə çalışır.
Qələbənin ataları çox olur, məğlubiyyət isə daim yetimdir. Psixoloqların apardıqları təcrübələr müəyyən edib ki, insanlara uğur qazandıqları deyiləndə adətən bunu öz istedadları və səyləri ilə yozurlar. Amma iflası hamı pis bəxtlə, problemin qeyri-mümkünlüyü ilə – bir sözlə, xarici faktorlarla izah etməyə çalışır. Bu xudbin izahatları idmançılarda (qələbədən yaxud məğlubiyyətdən sonra), tələbələrdə (imtahandan sonra), sürücülərdə (qəzadan sonra) və menecerlərdə (qazanc yaxud itkilərdən sonra) asanlıqla müşahidə etmək olar. “‘Niyə başıma bu iş gəldi?’ sualını adamlar yalnız çətinə düşəndə verirlər, uğur qazananda yox,” Myers yazır.
Adamlar özlərininin vurğunudurlar. 829,000 məktəb məzunları arasında aparılan sorğuya cavabda respondentlərin sıfır faizi özünü orta çoxluqdan az ağıllı hesab edir. Heç kəs özünü normadan aşağı görə bilmir. Onların 60 faizi başqaları ilə yola getməkdə bütöv bəşəriyyətin ən yüksək 10 faizinə daxil oldqularını, 25 faizi isə lap başda – ən yüksək 1 faizdə qərar tutduqlarını sanır. Kim bilərdi ki, Amerika məktəbləri bu növ superinsani keyfiyyətlərə sahib məzunlar buraxır? Amma özləri haqda yüksək fikirdə olanlar təkcə məzunlar deyil. Universitet professorlarının 90 faizi özlərini həmkarlarından daha savadlı, daha bilikli hesab edirlər. “Həmyaşıdlarımızla müqayisədə biz özümüzü daha ağıllı, daha yaraşıqlı, daha açıqfikirli, daha dürüst, daha sağlam və uzunömürlülüyə daha şanslı hesab edirik.” Burada müəllif oxuculara görkəmli psixoloq Sigmund Freudun ər-arvad arasındakı söhbət haqda lətifəsini xatırladır. “Əgər bizlərdən birimiz ölsək, onda mən Parisə köçəcəyəm,” deyə ər xanımı ilə anlaşmaya gəlməyə çalışır.
On sürücüdən doqquzu özünü orta səviyyədən yuxarı sürücü hesab edir. Ər-arvad arasındakı iş bölgüsünə gəldikdə hər bir tərəfin özü üçün hesabladığı yük nisbəti adətən 100 faiz olur. “Bu qərəz və onun qardaşları olan xəyali optimizm, özünəbəraət, və qruplu diskriminasiya – ədəbiyyat və dinin bizə öyrətdikləri həqiqəti bir daha təsdiq edir: Qürur iflasdan bir addım irəlidə gedir. Düzdür, özümüz haqda yüksək fikirdə olmağımızın bəzi faydaları var – məsələn, bizi depressiyalara, stressə qarşı qoruyur, ümidlərimizi yaşadır. Amma bunun bədəli çox zaman nikahdaxili mübahisələr, güzəştsizlik, başqlarını alçaltma, milli üstünlük kompleksi, və müharibə olur.” David Myers araşdırmanı nəticələrini özünün və başqalarının istedadlarını düzgün qiymətləndirməyə və bu mənada həqiqi təvazökarlığa çağırış kimi qiymətləndirir.