Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovdur
Your browser doesn’t support HTML5
İyulun 2-də Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 84 səs “lehinə”, bir səs bitərəf olmaqla tanınmış dramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb.
Onun namizədliyini DQMŞ icra aparatının rəhbəri və EL hərəkatının rəhbəri Eldar Namazov irəli sürüb.
Gözlənildiyi kimi, R.İbrahimbəyovun namizədliyini Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Liberal partiyalarının nümayəndələri dəstəkləyiblər.
Bundan əlavə, DQMŞ-nin digər üzvləri də R.İbrahimbəyovun namizədliyini dəstəkləyiblər.
Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun da R.İbrahimbəyovun namizədliyini dəstəkləməsi barədə bəyanatı oxunub.