Oqtay Gülalıyev: Həbsxanalarda vəziyyət ağırdır
Your browser doesn’t support HTML5
“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansı iyunun 27-də “Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” hesabatını təqdim edib.
Hesabat məhbuslardan və onların doğmalarından daxil olan məlumatlar, habelə keçmiş siyasi məhbuslar və “vicdan məhbusları” tərəfindən təsis edilmiş alyans üzvlərinin müşahidələri əsasında tərtib edilib.
Təqdimat mərasimində səslənən ittihamlarla bağlı şərh verən Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsinin nümayəndəsi qurum haqqındakı ittihamları təkzib edərək, absurd adlandırıb.
Penitensiar Xidmətdən bildiriblər ki, bu qurumun müəssisələri beynəlxalq qurumların monitorinqləri üçün açıqdır, onlar məhbuslarla təkbətək görüşür.
İnfrastrukturun vəziyyətinə gəlincə, hazırda beynəlxalq standartlara cavab verən yeni cəzaçəkmə müəssisələri tikilir.