Rəsul Cəfərov: ReAL liderinin hüquqlarının müdafiəsi beynəlxalq səviyyədə aparılır
Your browser doesn’t support HTML5
ReAL Hərəkatının idarə heyətinin üzvü Rəsul Cəvərov Amerikanın Səsinə müsahibəsində hərəkatın sədri, İsmayıllı hadisələri ilə bağlı həbs edilmiş İlqar Məmmədovun hüquqlarının ictimai müdafiəsi sahəsində aparılan işlərdən danışıb.
ReAL Hərəkatının sədri 23-24 yanvar, - İsmayıllı hadisələrinin təşkilində ittiham olunur. Fevralın 4-də Nəsimi rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham üzrə onun barəsində həbs qətimkan tədbiri seçib. Sonradan 233-cü maddə 220-ci (kütləvi iğtişaş) maddəsi ilə əvəz olunub.