Amerikana: Ölən ABŞ əsgərlərinin xatirəsi necə yad edilir?

Your browser doesn’t support HTML5

Hər il may ayının sonuncu həftəsinin ilk günü ABŞ-da Xatirə Gününü kimi qeyd edilir. Həmin gün amerikalılar Arlington Milli Qəbiristanlığında dəfn edilən 360 min hərbçinin məzarını ziyarət edir. Xatirə günündən əvvəl isə ABŞ əsgərləri paytaxt Vaşinqtonun bir addımlığında yerləşən bu hərbi məzarlıqdakı qəbir daşlarının önünə Amerika bayraqları basdırırlar.