Ülviyyə Əliyeva: Amerika məndə xoş təəssüratlar yaradır [Video]

Your browser doesn’t support HTML5

Ülviyyə Əliyeva ilə müsahibə

Beynəlxalq Müsafir Liderliyi Proqramı çərçivəsində ABŞ-da səfərdə olan ATV telekanalının jurnalisti Ülviyyə Əliyeva 22 ölkənin nümayəndələri ilə bərabər Amerikanın Səsinin qonağı olub.

Amerikann Səsi ilə qısa söhbətdə Ülviyyə xanım səfərin proqramı haqda danışıb. O, Vaşinqtondan sonra Floridaya, daha sonra isə Nyu Yorka gedəcəklərini bildirib.

TV jurnalizminə həsr olunmuş proqram əsnasında o, amerikalı həmkarları ilə fikir mübadiləsi aparacağını və Birləşmiş Ştatlarda mətbuatın fəaliyyəti ilə tanış olacağını söyləyib.

“Amerika məndə xoş təəssüratlar yaradır,” deyən Ülviyyə Əliyev əvvəllər televiziya ekranlarından gördüyü yerləri ziyarət etməkdən məmnun olduğunu ifadə edib: "Əvvəllər televiziya ekranlarında gördüklərimi burada real olaraq görürəm. Dövlət Departamentində, Ağ Evdə olduq."

1948-ci ildə Konqresin təşəbbüsü ilə yaradılmış, və sonradan Beynəlxalq Müsafir Liderliyi
Proqramı kimi təkamül etmiş proqram Soyuq Müharibə dönəmində Sovet propaqandasına qarşı mübarizə aparmaq məqsədi daşıyırdı. Hazırda proqram təhsil və mədəni sahələrdə mübadilələr təşkil etməklə Birləşmiş Ştatlarla başqa xalqlar arasında təmas qurur.