Saleh İldırım: İrandakı prezident seçkisi deyil, prezident təyinatıdır [Audio]

Saleh İldırım

“Bu əslində prezident seçkisi deyil prezident təyinatıdır,” deyə Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü İranda prezident seçkilərini təsvir edir. Saleh Ildırım Amerikanın Səsi ilə müsahibədə iyunun 14-də İranda keçiriləcək prezident seçkilərindən əlavə, Azərbaycan Türkləri və güneyli təşkilatların seçkilərlə bağlı mövqeyi haqda danışıb.

Your browser doesn’t support HTML5

Saleh İldırım: İrandakı seçki deyil, təyinatdır


Milli fəalın sözlərinə görə, bu ilki seçkilərlə keçmiş seçkilər arasında hakimiyyət içində çəkişmələrin daha çox ortaya çıxması kimi fərqlər olsa da mahiyyət baxımdan dəyişən ciddi bir şey yoxdur.

Əkbər Haşimi Rəfsəncani

O, İran İslam Respublikasının qurucularından olan Ayətulla Əkbər Haşimi Rəfsəncaninin namizədliyinin Nəzarət Şurası tərəfindən rədd edildiyinə toxunaraq, “İslam Respublikası daha öz qurucularına da güvənmir,” deyə qeyd edib.

“Bizim milli sərmayələrimiz və mədənlərimizi söküb aparan və dilimizi yasaq edən İran dövlətini rəsmiyyətə tanımadığımız kimi o dövlətdə keçirilən seçkiləri də tanımırıq,”- deyə GAİP sözçüsü Güney Azərbaycan Milli Hərəkatının İranda keçirilən seçkilərlər ilə bağlı mövqeyinin son zamanlarda sıx sıx nümayiş etdirilən “Güney Azərbaycan İran deyil!” şuarı istiqamətində olduğunu qeyd edir: “Güney Azərbaycan İran deyilsə, demək İranda keçirilən seçkilər də rol almamalıdır.”
Keçən dövrdə namizədlərin verdikləri yalan vədələr də xalqlar arasında öz hüquqları ilə bağlı biliyi artırdı. Buna görə, rejim bu ilk seçkilərdə bunun qarşısını almağa başladı. Hətta namizədlərdən biri Təbrizə səfərində deyib ki, siz evdə ana dilinizdə danışın!
“Ancaq qatılmamaq seçkilərin yaratdığı siyasi fəzadan istifadə etməmək anlamında deyil,” deyə o, əlavə edərək, milli hərəkatın xəttini namizədlərin təbliğat etdiyi məkanlarda yaymağın zəruri olduğunu vurğulayıb.

Saleh Ildırım həmçinin Azərbaycan Türklərinin səsini almaq üçün namizədlərin seçkilər ərəfəsində milli hüquqlarla bağlı verdiyi vədələr haqda fikirlərini irəli sürüb. “Keçən dövrdə namizədlərin verdikləri yalan vədələr də xalqlar arasında öz hüquqları ilə bağlı biliyi artırdı. Buna görə, rejim bu ilk seçkilərdə bunun qarşısını almağa başladı. Hətta namizədlərdən biri Təbrizə səfərində deyib ki, siz evdə ana dilinizdə danışın!” Cənab Ildırım bununla Fars dili və Ədəbiyyatı Akademiyasının sədri və prezident namizədi Qulaməli Həddad Adilin Təbrizdə azərbaycanlı tələbələrə verdiyi tövsiyəyə işarə edib.

İyunun14-də prezident seçkiləri ilə bərabər İranda şəhər və kənd şuralarına da seçkilər keçiriləcək. Siyasi ekpertlərin fikrincə İran İslam Respublikası bu yolla xalqın seçkilərdə iştirakının səviyyəsini yüksək göstərmək, və onun legitimliyini artırmaq istəyir. Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü bu fikri paylaşdığını bildirib.