Leyla Yunus: Rejim özünü itirib
Your browser doesn’t support HTML5
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsinə müsahibəsində Almaniyanın “Teoder Haker” (Theodor Haecker) adına beynəlxalq mükafatına layiq görülməsi və Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olunmasından danışıb. L.Yunus Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməkdə davam etdiyini bildirib.
“Mükafatlar hüquq müdafiə fəaliyyətimə görə təqdim edilib və bu ölkədə insan hüquqları sahəsində vəziyyətin “qırmızı xətti” keçdiyini göstərir”, deyə o qeyd edib.