Elmar Məmmədyarov: Azərbaycan böyük sülh sazişinin üzərində işləməyə hazırdır
Your browser doesn’t support HTML5
Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu ilin iyununda Bakıda Fələstin üzrə beynəlxalq donor konfransı keçirməyi planlaşdırır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün rumıniyalı həmkarı Titus Korlatsean ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
Eyni zamanda Azərbaycan İsraillə əməkdaşlığı inkişaf etdirir. E.Məmmədyarov İsraildə Azərbaycan səfirliyinin açılması məsələsinin müzakirə edildiyini bildirib.
“Səfirliyin açılması, zamanın məsələsidir”, - o qeyd edib.
Nazir həmçinin Azərbaycanın İsrail və Fələstinlə münasibətlərinin inkişafı istiqamətində işlərin davam etdiriləcəyini deyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 17-18-də Krakovda keçiriləcək görüşünə toxunan Məmmədyarov deyib ki, danışıqlar yenilənmiş “Madrid prinsipləri” əsasında davam etdirilir.
“Azərbaycan bu prinsipləri qəbul edib, Ermənistan isə yox”.