Barak Obama: Amerikalılar terrora boyun əymir!

Boston marafonunda terror aktı törətməkdə şübhəli bilinən Cövhər Tsarnayevin həbsindən az sonra ABŞ prezidenti Barak Obama bəyanatla çıxış edib.

"Biz bu faciədə mühüm səhifəni çevrimişik." Hələ də bir çox sualların cavabsız qaldığını vurğulayan prezident insanları səbrli olmağa və təhqiqatın yekunlarını gözləməyə çağırıb.

Cənab Obama bəyan edib ki, amerikalılar, ələlxüsus Boston sakinləri bu çətin günlərdə dəyanət nümayiş etdirdilər. Hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirən ABŞ prezidenti onların peşəkarlığını alqışlayıb.

"Hər nə idi ki, onlar ona nail olmaq istəyirdilər, iflasa uğradılar. Amerikalılar terrora boyun əymir."

Prezident Obama bir ovuc adamın törətdiyi əməli müəyyən etnik yaxud din qrupa şamil etməyin düzgün olmadığını bildərərək Amerikada bütün millətərdən gəlmiş adamlara yer olduğunu bildirib.