Mübariz Qurbanlı: Azərbaycanda insanların narazı hissəsi var, amma böhran həddi səviyyəsində deyil

Your browser doesn’t support HTML5

İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində prezident seçkiləri öncəsi siyasi durum, siyasi qüvvələrin seçkilərdə mübarizə perspektivləri, son həbslər, hökumətin fəaliyyəti, Amerikanın Milli Demokratiya İnstitutu, ATƏT-in Bakı ofisi və narazılıqlarla bağlı sualları cavablandırıb. “Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, partiyamızın sədri, prezidentimiz cənab İlham Əliyev olacaq. Bu barədə ikili düşüncə və başqa fikir bütövlükdə yox dərəcəsindədir”, o qeyd edib.