15 aprel - "Titanik" gəmisinin batdığı gün

  • Əsgər Möhsümoğlu
“Hətta Allah da bu gəmini batıra bilməz,” deyə Titanik gəmisinin ekipaj üzvü nigaran sərnişini arxayın etdi. Bir neçə gün sonra aprelin 14-dən 15-ə keçən gecə dünyanın ən iri okean layneri və White Star Line şirkətinin tacı aysberqlə toqquşaraq Şimali Atlantikin 3 kilometr dərinliyinə qərq oldu. Müasir nəslin əksər üzvləri bu haqda məlumatı James Cameronun rejissorluq etdiyi epik “Titanic” filmindən alıblar. Üstündən 100 il keçməsinə baxmayaraq bu gəmi qəzası insanları riqqətə gətirməkdə davam edir.

National Geographic muzeyində Titanik sərgisini gəzdikcə mən də 1500 adamın həyatına son qoymuş qəza haqda düşündüm. Sərgidə Titanikdən qurtulmuş adamların istifadə etdiyi qayıq, qurbanların şəkilləri, gəminin iri maketi, və hətta Titanik filminin baş qəhrəmanı gənc Ceki (Leonardo DiCaprio) saxlamaq üçün quraşdırılmış dustaq otağı var idi. Titanikdən Carpathia gəmisinə göndərilən həyəcan siqnallarına, gəmidən götürülmüş əşyalara, 1912-ci ilin qəzet manşetlərinə baxdıqca adamda qəza haqda daha real təsəvvür yaranırdı.
Gəminin adına diqqət yetirin – Titanik. Qədim yunan əsatirində Titanlar Allaha qarşı üsyan qaldırmış və sonda məğlub olmuş super məxluq irqi sayılırlar.

Özü-özlüyündə Titanikin batması qeyri-adi faciə deyil. Tarixdə çox gəmilər batıb. Elə onlardan biri 3 il sonra Birinci Dünya Müharibəsi zamanı alman sualtı qayığı tərəfindən batırılmış Lusitania gəmisinin hekayəsidir. 1153 adamın ölümü ilə nəticələnən bu qəza bəlkə də tarixi baxımdan daha böyük əhəmiyyət kəsb edir. Belə ki, 128 sərnişinin amerikalı olduğu gəminin Almaniya tərəfindən batırılması o zaman neytral ABŞ hökumətini xeyli qəzəbləndirmiş və Amerikada anti-alman əhval ruhiyyəsini son dərəcə gücləndirmişdi. 1918-ci ildə ABŞ-ın Antanta tərəfində müharibəyə qatılması və Almaniyanın məğlubiyyətini təmin etməsində Lusitania hadisəsinin xüsusi rolu var.

Bəs Lusitanianı Titanikdən fərqləndirən nə idi? Gəminin adına diqqət yetirin – Titanik. Qədim yunan əsatirində Titanlar Allaha qarşı üsyan qaldırmış və sonda məğlub olmuş super məxluq irqi sayılırlar. Lusitania-nın batması cəmi 18 dəqiqə vaxt aparmışdı. Titanik isə aysberqə toqquşandan 2 saat 40 dəqiqə sonra sulara qərq olmuşdu. Bu vaxt bir kinonun süjet xətti üçün, saysız hesabsız məhəbbət, fədakarlıq hekayələri üçün bəs edir. Lusitaniadan fərqli olaraq, Titanik bakirə gəmi idi. Transatlantik səyahət gəminin ilk səyahəti idi. Gəmiçilik zavodundan yenicə çıxmış bu gəmidə hər şey təzə idi. Mühəndislər son model texnologiyaya əsaslanan Titanikin suda qalaya çevrilməsi üçün əllərindən gələni əsirgəməmişdilər. Gəmi az qala istənilən ssenariyə qarşı sığorta olunmuşdu. Az qala…

http://www.youtube.com/embed/saalGKY7ifU