Eldar Namazov: Xalq bizimlədir, repressiyalar EL-i mübarizədən çəkindirə bilməz

Your browser doesn’t support HTML5

El Hərəkatı ofis partiyası deyil, bizim problem ofis problemi deyil. Bir ofisimizi təzyiqlə aldılar, əvəzində tərəfdarlarımız 4 ofis təqdim edib. Lazım gələrsə 144 ofisimiz də olacaq. Çünki xalq bizimlədir, repressiyalar bizi mübarizədən çəkindirə bilməz. Xalqla birlikdə bu iqtidarı tarixin zibilliyinə göndərəcəyik. Bu barədə El Hərəkatının lideri Eldar Namazov aprelin 1-də keçirdiyi mətbuat konfransında deyib. Mətbuat konfransında El Hərəkatının təşkilatlanması, Milli Şura, digər siyasi qüvvələrlə, gənclər təşkilatları ilə aparılan danışıqlar, beynəlxalq ictimaiyyətə mesajlar və hökuməti islahatlara çağırışla bağlı bəyanatlar səslənib. El Hərəkatın yeni ofislərinin birində mərkəzi qərargah, digərlərində isə hüquq, insan haqları və informasiya mərkəzləri fəaliyyət göstərəcək. “Son 17 gündə El Hərəkatının 50 rayon və şəhərdə yerli təşkilatları formalaşıb. Aprelin sonunadək Aran, Cənub regionları və Naxçıvanda hərəkatın yerli təşkilatları təsis ediləcək. Aprelin sonunda, mayın əvvəlində El-in ümümrespublika müşavirəsi keçiriləcək”, Namazov bildirib.