Məhkəmə NİDA fəalının apellyasiya şikayətini təmin etməyib
Your browser doesn’t support HTML5
Bakı Apellyasiya Məhkəməsi bugünki iclasında NİDA gənclər hərəkatının həbs edilmiş fəalı Məhəmməd Əzizovun şikayətini təmin etməyib.
O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdi. Gənc fəalın vəkili Fariz Namazlı məhkəmənin qərarını “ədalətsiz və əsassız” adlandırıb.
Şikayətin təmin edilməməsi haqqında xəbərdən sonra bir qrup gənc fəal məhkəmə qarşısında Əzizovun portretlərini qaldıraraq, səssiz aksiya keçirib.