"CraigsList" qatili edam cəzasına məhkum edildi

Ohayo ştatındakı "CragsList" internet səifəsində yerləşdirilən iş elanlarına cavab vermək bir neçə adamın həyatına bais olub.

Summit rayon məhkəmə heyəti onların ölümündə təqsirli bilinən 53 yaşlı Riçard Ceyms Beslini eyni sonuca məhkum edib.

Riçard Besli Ohayo ştatının sakinləri 56 yaşlı Ralp Qeyger, 47 yaşlı Timoti Kern və Vircinya ştatından 51 yaşlı Deyvid Paulinin ölümündə təqsirli bilinib.

Skot Deyvis də qurbanlardan biri olmalı idi, və xoşbəxtlikdən o, canını qurtara bilib.

Deyvis Noble rayon şerifi Stefan Hannuma hadisəni belə təsvir edir: Riçard Besli elana cavab verən Skotla görüşüb və ona işləyəcəyi yerə aparacağını deyib. Bir müddət yol getdikdən sonra qatil Skota yolun bağlı olduğunu deyib. Sonra onlar avtomobildən düşərək sıx ağacların arasından guya ki, Skotun işləyəcəyi sahəyə doğru irəliləyiblər. Skot arxaya döndükdə tapançanın onun başına tuşlandığını görüb. Qolundan vurulan Skot qaçaraq meşəlikdə yeddi saat gizlənib. Daha sonra yaxınliqdakı evlərdən birinə gedərək kömək istəyib.

Riçard Besli keçən həftə 26 maddə üzrə ittiham olunub və edam cəzasına məhkum edilib.