Vaşinqtonda İranın Qafqaza təsiri müzakirə olundu

Your browser doesn’t support HTML5

Martın 14-ü Vaşinqtonda Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda “İran və Qafqaz” mövzusunda konfrans keçirilib. Tədbirin mühazirəçiləri Mərkəzi Asiya və Qafqaz İnstitutunun qeyri-daimi tədqiqatçısı Brenda Şaffer və Yaxın Şərq İnstitutunun araşdırmaçısı Aleks Vatanka olub. Konfransda habelə Gürcüstanın ABŞ-dakı sabiq səfəri Temuri Yakobaşvili Qafqazdakı vəziyyət barədə danışıb.