Fransa başqa dövlətlərin Suriyaya silah göndərmək razılığı olmadan belə üsyançıları silahlandırmaq üçün Britanya ilə əməkdaşlıq etməyə hazır olduğunu deyir.
Hazırda Avropa İttifaqı embarqosu üzv ölkələrin Suriya müxalifətini silahla təchiz etməsinə qadağa qoyur.
Fransa xarici işlər naziri Laurent Fabius yerli radio ilə müsahibədə bildirib ki, Fransa və Britanya Avropa İttifaqının təcili görüş keçirərək embarqonu müvəqqəti qaldırmasını və bu görüşün mart ayının sonuna qədər baş tutmasını arzulayır.
O, Avropa İttifaqına üzv ölkələr embarqonun qaldırılmasına etiraz etsə belə Fransa və Britanyanın Suriya müxalifətinə silah göndərməyə hazır olduqlarını deyib.
Çərşənbə günü Rusiya xarici işlər naziri Serqey Lavrov Suriya üsyançılarını silahlandırmaq barədə müzakirələri qinayıb. O, bu hərəkətin beynalxalq qanunlara zidd olduğunu deyib.
Keçən ayın sonlarında Birləşmiş Ştatlar Suriya müxalifətinə 60 milyon dollar dəyərində əlavə qeyri-hərbi yardım göstərəcəyini bəyan etmişdi. Rusiya uzun müddət Suriya prezidenti Bəşər əl-Əsəd hökümətinə silah satıb.