Şahbaz Xuduoğlu: Siyasi iradə olarsa Elmar Hüseynovun qətli açılar

Your browser doesn’t support HTML5

Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu isə Amerikanın Səsinə müsahibəsində deyib ki, jurnalistin qətlindən 8 il keçməsinə baxmayaraq qətlin üstü açılmayıb, sifarişçilərin tapılması barədə məlumat yoxdur. “Elmar Hüseynovun qətlindən sonra ölkədə Rafiq Tağı və digərləri də qətlə yetirlib. Bütün bu qətllərin üstü açılmayıb. Hesab edirəm ki, istintaqın marağı olarsa bu qətllər açılar, sifarişçilər tapılar”, o qeyd edib.