Emin Hüseynov: Petisiyaların rəsmiləşdirilməsi qarşıdurmanı azaldar
Your browser doesn’t support HTML5
İnternetə nəzarət etmək istəyən hakimiyyət xalqın səsini eşitmək istəmir. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, virtual məkana texniki cəhətdən nəzarət mümkündür, amma qadağalara riayət etməmək də texniki cəhətdən mümkündür. Buna görə təhlükəsi prinsipcə təhlükəli olan qanunlar və aktlar qəbul etmək səmərəli deyil.
İnternet hakimiyyətin cəmiyyətlə dialoqu üçün ən effektiv vasitədir. Bu günlərdə dünya azərbaycanlıları ABŞ prezidentinə Xocalı ilə bağlı ədalətlilik haqqında müraciətə 100 mindən çox imza topladılar. Ağ Evin saytında yerləşdirilmiş müraciətə Administrasiya nümayəndələri və Barak Obama özü cavab verib. Ona görə cavab veriblər ki, davranış mədəniyyətinə və cəmiyyət qarşısında, həmin 100 min imza qarşısında məsuliyyətlilik mədəniyyətinə riayət olunub.
Azərbaycanda da prezident öz xidmətlərinə Facebook, Twitter və digər saytlarda onun səhifəsini açmağı tapşıra bilər ki, yaxınlaşmaqda olan xalq etirazlarına preventiv reaksiya vermək mümkün olsun. Bu halda elə İsmayıllı və ya Quba rayon fəalları müraciət edib, yüzlərlə imza toplayaraq, öz ictimai rəylərini bildirə bilərdilər. Münaqişənin lokallaşdırılması və kütlələrin narazılığının qarşısının alınması üçün bu, kifayət edərdi.