Dövlət Departamenti: Ankarada yeni səfirlik binası tikiləcək - Müsahibə [Audio]

Ankaradakı ABŞ səfirliyinə hücum barədə açıqlama verlən dövlət katibinin sözçüsü Viktoriya Nuland hücumu sərt şəkildə qınadıqlarını bildirib. “Bir intiharçı günorta saatlarda səfirliyin girişindəki təhlükəsizlik məntəqəsinə hücum edib, bir təhlükəsizlik əməkdaşı ölüb. Ailəsinə baş sağlığı veririk” – deyə xanım Nuland bildirib.

Dövlət Departamentinin sözçüsü digər bir məsələyə də diqqət çəkib. O, ABŞ-ın Ankarada yeni səfirlik binası inşa etmək planının olduğunu bildirib. Xanım Nuland deyib ki, 2000-ci ildə İstanbuldakı konsulluq binası da Tarlabaşından İstinyedə daha təhlükəsiz bir yerə köçürülmüşdü.

Sözçü Ankaradakı hazırki səfirlik binasında təhlükəsizlik baxımından ciddi təkmilləşdirmələr həyata keçirildiyini və bunun sayəsində səfirliyə hücumun daha faciəvi fəlakətlə nəticələnməsinin qarşısının alındığını deyib.

Səfirliyinə hücumda "Suriya iddiası"

Bu arada Türkiyə İqtisadi Siyasətlər Araşdırma Fondunun eksperti Nihat Əli Özcan Amerikanın Səsinə verdiyi müsahibədə ABŞ səfirliyinə hücumu Vaşinqton və Ankaranın Suriya məsələləsində əməkdaşlığına etiraz əlaməti olaraq həyata keçdiyini ehtimal edir.

Terrorizm üzrə mütəxəssis olan Nihat Əli Özcan belə bir hücumun sürpriz olmadığını deyir: “Türkiyənin həm geniş terrorizm tarixi var. Hadisənin baş vermə səbəblərindən biri də Ərəb Baharı və bölgədəki hadisələrin terrorçu fəaliyyətlərlə bağlı təsirlərini artıracaq yeni bir imkan sahəsi yaratmasıdır. Hazırda bunlardan ən vacibi Suriya ilə bağlıdır. Həm Türkiyənin Suriyaya dair siyasəti, həm də Türkiyənin müttəfiqlərinin bu mövzuya yönəlik səyasətləri vaxtaşırı daxildəki bəzi qruplar tərəfindən tənqid olunur. Təbii ki, bunlardan biri də xüsusilə Suriya daxilində daha da dərin əlaqələri olan DHKP-C-dir”.

Amerikanın Səsinin Türk redaksiyasının Nihat Əli Özcanla müsahibəsinə tam olaraq qulaq asa bilərsiniz:

Your browser doesn’t support HTML5

Amerikanın Türkiyədəki səfirliyinə hücumla bağlı Nihat Əli Özcanla müsahibə