Yanvarın 23-ü axşam saatlarında İsmayıllıda əhali üsyan edib. "Azadlıq" qəzetinin yaydığı məlumatda bildirilir ki, polis və hüquq-mühafizə əməkdaşları qəzəblənmiş əhalinin icra başçısının malikanəsinə hücumun qarşısını ala bilməyib. İnsanlar malikanənin həyətində yerləşən birmərtəbəli evi yandıraraq külə döndəriblər. Yandırılan birmərtəbəli evə bitişik qaraj və istirahət guşəsi də yandırılıb. Evin qarşısına minlərlə insan yığılıb. İnsanlar icra başçısının villasını yandırmağa hazırlaşırlar. Artıq evin həyətində icra başçısına məxsus Mitsubishi Pajero markalı avtomobili və 3 moteskileti də yandırıblar.
http://www.youtube.com/embed/KSvc6GhDRsYİlk öncə qəzəblənmiş rayon sakinləri "Çıraq" adlı motelə hücum edərək, əvvəlcə binanın şüşələrini, qapı-pəncərələrini sındırıblar. Binanı yandırmağa cəhd göstərsələr də, polislər buna imkan verməyib. Lakin az sonra etirazçılar motelin qarşısındakı "Hummer" markalı maşına od vurublar. Ardınca Shevrole Aveo və Shevrole Niva markalı daha iki avtomobil yandırılıb. Bununla da sakitləşməyən etirazçılar yenidən motelə hücum edərək, bu dəfə binaya od vurublar.
İnsanların belə qəzəblənməsi adıçəkilən obyektin İsmayıllıda əxlaqsızlıq yuvası kimi tanınmasıyla bağlıdır. Əhali "Çıraq"da baş verən əxlaqsızlıqlara son qoyulması üçün dəfələrlə xəbərdarlıq etsə də, onların etirazlarına əhəmiyyət verilməyib. Qeyd edək ki, İsmayıllı rayonunun icra başçısının rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovdur. Nazirin oğlu Vüqar Ələkbərovun rayona gələrək İsmayıllı sakinlərinin haqqında xoşagəlməz sözlər işlətməsi isə insanların qulağına çatanda əhalinin "səbr kasası" daşıb və onlar "Çıraq"a hücum ediblər. Rayonda gəzən söz-söhbətə görə, icra başçıcı artıq rayonu tərk edib. Etiraza qalxan insanlar isə icra hakimiyyətinə yürüşə hazırlaşır. Artıq onların icra başçısının evinə hücum etdiyi barədə də məlumat var.
http://www.youtube.com/embed/9HgJBuOVzt0
İsmayıllıda yayılan məlumata görə, sözügedən motel F.Ələkbərova məxsusdur. Evlə yandırılan "Hummer"in də nazirin oğluna məxsus olduğu bildirilir.
Rayondan alınan son xəbərlərə görə, qəzəblənmiş əhali od vurduğu moteli söndürməyə gedən yanğınsöndürənlərin qarşısını kəsib, binanın söndürülməsinə imklan verməyib. Motel tamamilə yanaraq külə dönüb.
Ən son məlumata görə, 1000-dən çox qəzəblənmiş sakin icra başçısı N.Ələkbərovun rayondakı malikanəsinə basqın edib. İnsanlar evin həyətinə daxil ola biliblər və evi dağıtmağa başlayıblar. Əhalinin evi də yandırmaq istədiyi deyilir.
Evdə sahiblərindən və ya gözətçilərdən kiminsə olub-olmadığı bəlli deyil.