İsraildə seçki nəticələri baş naziri çətin duruma salıb

İlkin seçkilərin nəticələri göstərir ki, İsrailin sağçı və mərkəz-sol bloku parlamentdə eyni sayda yerlərə sahib olacaqlar. Bu gözlənilməz nəticə baş nazir Benyamin Netanyahunu yeni koalisya höküməti qurmağa vadar edəcək.

Səslərin 99 faizi çərşənbə günü sayılıb və hər iki tərəf 120 üzvü olan Knessetdə 60 yerə sahib olub.

Əvvəlki parlamentdə 42 yerə sahib cənab Netanyahunun Likud partiyası bu dəfə 11 yer az - 31 yerlə Yisrael Beytenu partiyasi ilə ittifaq quracaq. Seçkilərin ardınca baş nazirdən yeni höküməti qurmaq gözlənilir. Mərkəz-sol blokunun müvəffəqiyəti isə baş nazirin işini çətinləşdirib.

Ən böyük sürpriz sekulyar Yesh Atid partiyasından gəlib. 19 yer qazanan Yeş Atid 17 yer almış Əmək partiyasını və 12 yer almış radikal sağçı, millətçi dindar Yəhudi Yurdu partiyasını geridə qoyub.

Cənab Netanyahu seçkilərdə qələbə elan edərək tezliklə koalisyon hökümətin qurulacağına söz verib.