Prezident Barak Obama bu gün keçirilən 57-ci inaqurasiya mərasimində əlini İncilin üzərinə qoyaraq and içəcək. Ola bilsin ki, hər şey rəvan getsin, amma heç də bütün inaqurasiya mərasimləri insidentsiz ötüşməyib. Riçard Niksonun ölü quşlarala dolu paradından Kalvin Kulicin spontan inaqurasiyasınadək Amerika tarixində qəribə inaqurasiya mərasimləri olub.
Sərxoş Nitq
1865-ci ildə Endryu Conson inaqurasiya gününü öz bərbad çıxışı ilə korlayıb. Vitse-prezidentlər adətən qısa nitq söylyirlər. Amma ABŞ-ın 16-cı vitse-prezidenti və Abraham Linkoln qətlə yetirildikdən sonra 17-ci prezident olan Conson andiçmə günü yatalaq qızdırmasından əziyyət çəkdiyinə görə çoxlu dərman, üstəlik bir gün qabaq viski içmişdi. Nitq zamanı başını itirən Conson xeyli lovğalanmış, Cənub üzərindəki qələbləri haqda uzun-uzadı danışmışdı. Linkoln gördüklərindən dəhşətə gəldiyi halda sabiq vitse-prezident Hannibal Hamlin Consonun paltosunun ətəyindən dartaraq uğursuz şəkildə onu dayandırmağa cəhd etmişdi.
Ölü quşlar
Ulisses S. Qrant hesab edirdi ki, 1873-cü ildə inaqurasiya mərasimində sarı bülbüllərdən istifadə etmək qiyamət olardı. 18-ci prezidentin ağlına gəlməmişdi ki, yanvar ayında havalar şaxtalı ola bilər. Mənfi 15 dərəcə selsidə düzənlənən inaqurasiya mərasimində 100 bülbül donaraq ölmüşdü.
Yenə də ölü quşlar
Belə görünür ki, inaqurasiya günü quşlara düşmür. 1973-cü ildə Riçard Nikson inaqurasiya paradının göyərçinlər tərəfindən korlanmasını istəmirdi. Ona görə də 37-ci prezident parad marşrutu boyunca quşları qaçırtmaq üçün xüsusi kimyəvi maddənin istifadəsinə görstəriş vermişdi. İnaqurasiya günü küçələr ölü göyərçinlərlə dolu idi.
Paltosuz, papaqsız
Ölü quşlar Qrantın inaqurasiyalarını korlayan yeganə amil deyildi. 1869-cu ildə Kapitolidə paltoları təhvil alan işçilər biletləri səhv yazdıqlarına görə böyük növbə yaranmış, ehtiraslar qızışmış və dava düşmüşdü. Nəticədə çox sayda adam xəsarət almışdı. Bəzi qonaqlar evə paltosuz, papaqsız dönməyə məcbur olmuşdular.
Sakit mərasim
Sakit Kal kimi tanınan Kalvin Kulic lakonikliyi, təmtərağı sevməzliyi ilə məşhur idi. Bu, elə onun prezidentliyinin başlanğıcına da şamil oluna bilər. Prezident Varren G. Hardinq öləndə o, atası ilə Vermont ştatının ucqar kəndində dincəlirdi. 30-cu prezidentin atası qəsəbə notariusu olduğundan, prezidentin andiçmə mərasimini öz atası icra etmiş və mərasimdə ata-baladan başqa heç kəs olmamışdı.
Qiyamət nitq
Vilyam Henri Harrisonun inaqurasiya nitqi çox darıxdırıcı olub. ABŞ-ın 9-cu prezidenti soyuq və yağışlı havada o qədər uzun nitq söyləyib ki, ona üşütmə gəlib. Az sonra sətəlcəm olan prezident and içdikdən bir ay keçməmiş vəfat edib.
Qiyamət ziyafət
Endryu Cəksonun 1829-cu il uinaqurasiyası Ağ Evdə keçirilmiş ən gurultulu ziyafətlərdən bir sayıla bilər Gələn müsafirlər ziyafətdə o qədər içmişdilər ki, Ağ Evin qab-qacağını sındırmış, pərdələri cırmış və bütün evi palçığa bulaşdırmışdılar. Ağ Evin xidmətçiləri qonaqları binadan çıxarmaq üçün həyətə bir vanna viski qoymalı olmuşdular.
Balaca qızla debat
1929-cu ildə Herbert Huver prezidentliyə and içəndə mərasimə rəhbərlik edən baş hakim Vilyam Hovard Taft andın mətnində səhv etmiş, “qorumaq” əvəzinə “saxlamaq” sözünü işlətmişdi. Helen Tervilliger adlı bir qızı səhvi tutmuş və Tafta məktub göndərmişdi. Taft qızla razılaşmamış və haqlı olduğunu israr etmişdi. Sonradan kino həvəskarları videolentə yenidən baxmış və səkkizinci sinif şagirdinin haqlı olduğunu üzə çıxarmışdılar. Taft buna görə qızdan üzr istəmişdi.
İshal
Prezident Ceyms Bukanan 1857-ci ildə inaqurasiya günü ishal olmuşdu. İnaqurasiyadan öncə ABŞ-ın 15-ci prezidenti qarın yatalağına tutulmuş və bütün mərasim boyu yanında həkim saxlamalı olmuşdu.
Hava çatışmazlığı
1809-cu ildə Ceyms Madisonun inaqurasiya balı zamanı hava o qədər bürkülü olmuşdu ki, qonaqlar hava almaq üçün Long Otelin binasındakı pəncərələri sındırmalı olmuşdular. Həmin balda iştirak üçün biletin dəyəri dörd dollar idi.