Barak Obama həftəlik radio müraciətində Konqresin tarixi qərarından danışdı

ABŞ prezidenti Barak Obama vergi kodunun dəyişdirilməsi üçün Konqreslə işləyərək Amerika xalqına verdiyi sözü tutub. Hazırki vergi kodu vaxtaşırı orta sinfin xərcləri hesabına zənginlərin xeyrinə işləyir.

O həftəlik müraciətində deyib ki, Konqresin bu həftə təsdiq etdiyi qərarla son 20 ildə ilk dəfə olaraq Amerikalıların ən varlı 2 faizini vergiləri ikitərəfli razılıq əsasında artırılıb. Prezidentin sözlərinə görə, bu addım orta sinfin vergilərinin artırılmasının qarşısını alıb. Əks təqdirdə ölkə iqtisadiyyatı yenidən tənəzzül dövrünə daxil ola bilərdi.

Cənab Obama amerikalılar üçün çoxsaylı yeni iş yerləri açılması və iqtisadiyyatı tənəzzüldən əvvəlki vəziyyətə qaytarmaq üçün çox iş görülməli olduğunu deyib.