Norman Şvartskopf dünyasını dəyişdi

Təqaüddə olan oldu generalı Norman Şvartskopf dünyasını dəyişib.1991-ci ildə İraq qüvvələrini Küveytdən çıxaran beynəlxalq koalisyanın sabiq komandanı 78 yaşında sətəlcəmin yol açdığı ağırlaşmalar səbəbi ilə vəfat edib.

1991-ci ildə təqaüdə çıxan Şvartskopfun siyasətə qoşulacağına dair söhbətlər gəzsə də, o heç vaxt siyasətə qoşulmadı.

ABŞ prezidenti Barak Obama generalı həqiqi amerikalı adalandıraraq, onun vətənpərvər xidmətinin gələcək nəsillərin təhlükəsizliyini təmin edəcəyini deyib.

Norman Şvartskopfun xidmətdə olduğu müddətdə Amerikaya rəhbərlik edən Corc Buş onu zəmanəsinin böyük hərbi lideri adlandırıb.

ABŞ-ın müdafiə naziri Leon Panetta Şvartskopfun gözəl strategist və 20-ci əsrin böyük sərkərdəsi olduğunu bildirib.