Bütün dünya boyu aparılmış sorğunun nəticələri göstərir ki, əhalisi ən xoşbəxt 10 ölkədən səkkizi latın Amerikasının payına düşür. Panama və Paraqvay sakinləri ən müsbət emosiyalar keçirən insanlar sırasındadır. Dünyanın ən bədbəxt millətləri isə sinqapurlurlar, ermənilər və iraqlılardır.
Ən səadətsiz millətlər sırasında Azərbaycan da yer alıb. Belə ki, azərbaycanlıların yalnız 55 faizi xoşbəxtlik sorğusunun suallarına “bəli” cavabı verib. Xoşbəxtlik indeksində azərbaycanlılar əfqanlar, haitililər, makedoniyalılar və toqolularla bir sırada gedir.
Gallup beynəlxalq sorğu şirkəti müsbət emosiyaları 148 ölkədə ölçüb. Beş sualdan ibarət sorğuda insanlara bir gün qabaq keçirdikləri hisslər haqda aşağıdakı suallar verilib:
Dünən özünüzü rahat hiss etdinizmi?
Dünən bütün günü sizə hörmətlə yanaşıldımı?
Dünən maraqlı nəsə öyrəndinizmi?
Bu hissləri dünən tez-tez hiss etdinizmi?
Kifayət qədər gülüb-gülümsədinizmi?
Dünyada orta hesabla yaşlı adamların 85 faizi onlara hörmətlə yanaşıldığını, 72 faizi isə güldüyünü bildirib. Maraqlıdır ki, dünya insanlarının yalnız 43 faizi maraqlı nəsə öyrəndiyini deyib.
Xoşbəxtlik indeksində ABŞ 76, Yaponiya 72, Türkiyə isə Azərbaycandan bir qədər artıq - 57 bal toplayıb.